17 Yanvar 2021 22:03

Təhlükə hər an, hər yerdədir: Yaşlı ananın küçədə gəzmək fəryadı – Video

Dünyanı sarsıdan koronavirus pandemiyası ən çox 65 və daha artıq yaşda, xroniki xəstəlikləri olanlar üçün təhlükəli olduğu bəllidir. Buna görə də əksər ölkələrdə yaşlı insanların küçəyə çıxması qadağan edilib.

Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə ahıl insanların qadağalardan sıxıldıqları ilə bağlı videogörüntülər paylaşılır. Həmin şəxslər qapalı şəraitdən çıxmaq üçün pandemiya təhlükəsini belə gözə alırlar. Görüntülər ilk baxışdan nə qədər komik olsa da, bağlı qapılar arxasında qalan yaşlı insanların yaşadığı tragediyadır.

Türkiyədən yayılan videoda bir ananın bayıra çıxıb beş dəqiqə gəzməsi üçün oğlunu necə dilə tutduğu görüntülənib: “Əmrə, qurban olum, beş dəqiqə gəzib gələcəm. Allaha and olsun, beş dəqiqə gəzib qayıdacam. Allah bu virusun bəlasını versin, üç-dörd gündür otağa qapanıb qalmışam, əsəblərim pozulur”.

Övladı isə anasının israrlı yalvarışlarına baxmayaraq, onun küçəyə çıxmasına icazə vermir.

Bu həm də bir örnəkdir. Hər bir fərdi qorumaqla yaxınlarımızı və ətrafdakıları bu dəhşətli bəladan qorumuş oluruq. Bir anaya küçəyə çıxmaq qadağası qoymaq nə qədər ağır olsa da, onu ölüm təhlükəsi ilə üz-üzə buraxmaqdan ağır ola bilməz.

/Bizimyol.info/

Paylaş: