“Azərnəşr” əməkdaşlara aylıq maaş məbləğində maddi yardım etdi – 5000 AZN də ianə fonduna
Azərbaycan Dövlət Nəşriyyatı-“AZƏRNƏŞR”-in baş redaktoru Əlövsət Ağalarovun Moderator.az-a verdiyi məlumata görə nəşriyyatın daxili imkanları hesabına Koronovirusla mübarizə fonduna 5000 (beş min) manat ianə köçürülüb.
Eyni zamanda, nəşriyyatın əməkdaşlarına bir aylıq əməkhaqqı məbləğində maddi yardım edilib.