06 Dekabr 2020 04:58

QHT koronovirusla bağlı monitorinqə başlayır – “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına DƏSTƏK

“Ortaq Dəyərlər” İctimai Birliyi sabahdan əhali arasında koronavirus epidemiyasından qorunmaqla bağlı maarifləndirmə və monitorinq fəaliyyətinə start verəcək.  Bu tədbirlər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin çağrışı ilə başladılmış “Evdə qal, Cəmiyyəti qoru” kampaniyası çərçivəsində həyata keçiriləcək.

Bu barədə,  “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal məlumat verib. Təşkilat rəhbərinin sözlərinə görə cəmiyyətdə bəşəri təhlükəyə çevrilmiş koronavirusa yanaşmalar müxtəlifdir: “Hazırda Azərbaycan cəmiyyətinin mütləq kəsimi qarşılaşdığımız və artıq, içərisində olduğumuz təhlükəni yarada biləcəyi fəsadları anlayır. Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edir. Amma cəmiyyətin bəzi kəsimləri təhlükəni ciddiyə almır. Ölkəmizdə hələ ki, epidemiyanın dərin fəsadları olmadığı üçün bir çox insanlarda arxayınçılıq var. Bu isə onların karantin qaydalarına əməl etməmələrinə, bununla da, həm özlərinə və yaxınlarına, həm də bütövlükdə cəmiyyətə təhlükə yaratmasına gətirib çıxarır”.

A.Camal bildirib ki, aparılan monitorinq nəticəsində müəyyənləşdirilən nəticələr həm, media vasitəsilə ictimaiyyətə açıqlanacaq, həm də intensiv olaraq müvafiq dövlət qurumlarına göndəriləcək.

Paylaş: