24 Yanvar 2021 19:43

Ərdoğan 7 aylıq maaşını bağışladı

Türkiyədə koronovirusla mübarizə çərçivəsində tətbiq olunan karantin qaydalarından zərər görən, eyni zamanda imkansız ailələr üçün yardım kampaniyasına start verilib. Bunun üçün bank hesabı açılıb.

Turkustan.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl xalq müraciətində bu barədə məlumat verib. Ərdoğan ilk addım olaraq özü 7 aylıq maaşını hesaba köçürəcəyini bəyan edib.

Qeyd edək ki, R.T.Ərdoğanın hazırkı aylıq maaşı 81 bin 250 lirədir (12350 dollar).

Türkiyədə bu saata 10 min 827 nəfər koronavirusa yoluxub, 168 nəfər həyatını itirib.

Paylaş: