10 milyon əlcək, 2 milyon maska, 70 min termometr… – ABŞ Çinə möhtac qalıb
ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Çindən tibbi avadanlıqlar almağa başlayıb.
Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ötən gün təyyarə ilə 130 min N95, 2 milyona yaxın əməliyyat maskası, 70 min termometr, 10 milyondan çox tibbi əlcək Nyu-York ştatına gətirilib.
Qeyd edək ki, Çindən daha 20 təyyarə avadanlığın gətirilməsi gözlənilir. (yenisabah.az)