18 Yanvar 2021 18:43

Koronavirusun daha bir simptomu aşkarlanıb

Koronavirusun bu günə qədər bilinməyən daha bir göstəcisi aşkarlanıb.

Turkustan.info “cnnturk”ə istinadla xəbər verir ki, ABŞ-ın Oftolmalogiya Akademiyası tərəfindən aparılan tədqiqatlar zamanı koronavirusa yoluxmuş hər 30 xəstədən birində gözün selikli qişasının iltihabı və ya “çəhrayı göz” olaraq da bilinən konyunktivit müşahidə edilib.

Mütəxəssislər konyunktivit olan şəxsləri qızdırma və nəfəs darlığından əziyyət çəkdikləri təqdirdə səhiyyə ocaqlarına üz tutmağa çağırıb.

Qeyd edək ki, konyunktivit gözün qızarması, qıcıqlanması, “yad cisim” hissiyyatı ilə özünü biruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq da konyunktivitin əlamətlərindəndir.  /Yeniavaz.com/

Paylaş: