25 Yanvar 2021 20:32

Milli Məclis hərbi xidmətə çağırışın müddətinin uzadılmasına “HƏ” dedi

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

Milli Məclisin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib.    (oxu.az)

Paylaş: