04 İyun 2020 05:59

“QHT-lər Şuranın çağrışına hamılıqla dəstək verdi” – Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT layihələrinin koronavirusla mübarizə mövzularına yönləndilməsi ilə bağlı ortaya çıxan suallara aydınlıq gətirib.

  • Hörmətli həmkarlar, əziz dostlar!
    Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb. Bu kampaniyanın keçirilməsində məqsəd vətəndaşların Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməsi işinə töhfə verməkdir. Geniş ictimaiyyəti, o cümlədən ən həssas məqamlarda daim öndə olan ictimai sektor təmsilçilərinin bu işdə fəal iştirakını təmin etmək üçün Şura tərəfindən QHT nümayəndələrinə bu kampaniyaya qoşulmaq barədə çağırış edilib. Artıq onlarla QHT Şuranın keçirdiyi bu kampaniyaya qoşulub. Bu kampaniyaya qoşulmaq heç də Şuranın 2020-ci il müsabiqə qaliblərinin layihələrinin koronavirusla mübarizəyə yönəldilməsi anlamına gəlməməlidir. Burada məqsəd əhalinin dövlətin müəyyən etdiyi qaydalara əməl etməsinə yaxından cəlb etmək, epidemiyanın geniş yayılmasının qarşısının alınmasına və bu mübarizədə vətəndaş həmrəyliyinin nümayiş edilməsinə töhfə verməkdir.
    Bununla yanaşı Şuranın 2020-ci ildə maliyyələşdirdiyi bəzi layihələrin koronovirusla mübarizəyə yönəldilməsi ilə bağlı Şura sədri QHT-lərə müraciət edib. Həmin müraciətdə dəyişdirilməsi təklif olunan mövzular və tərəfdaş qurumlar aydın şəkildə göstərilib. Buna baxmayaraq, bu barədə Şura katibliyi tərəfindən hələlik QHT-lərə rəsmi məlumatın göndərilməsə də artıq 10-dan çox QHT könüllü şəkildə layihənin dəyişdirilməsi barədə Şuraya müraciət edib. Sevindirici haldır ki, bunların içində Şuranın dəyişdirilməsi təklif etmədiyi mövzular üzrə olan layihələr də var. Şura sədrinin bu çağırışına qoşulan QHT-lərə verdikləri dəstəyə və göstərdikləri həmrəyliyə görə təşəkkürümüzü bildiririk.
    Əziz dostlar! QHT lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən çətin məqamlarda daima öz Prezidentinin, dövlətinin və soydaşının yanında olub. Bu bizim əsas amalımız və həyat yolumuzdur. Əminliklə bildirirəm ki, ölkəmizin bütün QHT-ləri Şuranın “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulmaqla bu qorxunc epidemiyanın yayılmasının qarşısının alınmasında dövlətimizə və cəmiyyətimizə öz dəstəyini verəcəklər. Cənab Prezidentin dediyi kimi biz birlikdə güclüyük!

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri