24 Yanvar 2021 18:44

Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq

Nazirlik vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırır.

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Turkustan.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xəbərdarlıq edir.

Bildirilir ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.   /Ayna.az/

Paylaş: