01 İyun 2020 03:25

Spiker Sahibə Qafarova: “MM-in iclaslarını onlayn keçirməyi planlaşdırırıq”

Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin tapşırıqları ilə bu infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Turkustan.info xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün iclasında Sədr Sahibə Qafarova deyib.

O bildirib ki, Milli Məclis də koronavirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir.

“Milli Məclisin gələcək iclaslarını da onlayn qaydada keçirməyi planlaşdırırıq”, – deyə Sədr əlavə edib.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə əksər iş yerlərinin, təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu Fonda müxtəlif qurumlar, şəxslər tərəfindən maliyyə vəsaitləri köçürülür. Milli Məclis tərəfindən də bu Fonda 250 min manat vəsait ianə edilib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri