Bu ölkədə “koronavirus” sözü qadağan edildi
Türkmənistan hakimiyyəti ölkədə panikaya yol verməmək üçün “koronavirus” sözünü qadağan ediblər.
Bu barədə “Sərhədsiz reportyorlar” təşkilatı açıqlama verib.
Media nümayəndələrinə bu sözdən isitfadə etmək yasaqlanıb, məktəb, xəstəxana və ictimai yerlərdə bütün məlumat lövhələrindən virusun adı çıxarılıb.
Bu vaxta qədər Türkmənistan ərazisində koronavirusa yoluxmas halları barədə məlumat verməyib. (modern.az)