22 Yanvar 2021 08:24

Dağlıq Qarabağda keçirilən seçkiləri tanımırıq – Aİ

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament” seçkilərini tanımır.

Turkustan.info Bakıpost.az-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilib.

“2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləBri” ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz.

Aİ ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin “status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən, sülh yolu ilə həllinə yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır”, – deyə bəyanatda vurğulanır.

Paylaş: