17 Yanvar 2021 04:10

Qoldman Saç: Neft dünyadakı rolunu itirəcək

Neft dünya iqtisadiyyatındakı hazırkı rolunu itirəcək.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Qoldman Saç” bankı yayıb.

“Koronavirus pandemiyasının bitməsindən və iqtisadiyyatın bərpasından sonra neftə bütün dünyada tələbat əhəmiyyətli dərəcədə azalacaq və o, artıq əvvəlki rolunu oynamayacaq. Bu, yanacağın qiymətində neqativ şəkildə əks olunacaq. Neft uzun müddət qloballaşmanın inkişafı və bərpası üçün aparıcı rol oynayıb. İndi məhz qloballaşmanın qarşısının alınması, koronavirusla mübarizədə əsas metoddur” – deyə o bildirib.   /Axar.az/

Paylaş: