Ərdoğanla Putin telefonla koronavirusdan danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Turkustan.info xəbər verir ki, liderlər koronavirusla mübarizədə (Kovid-19) əməkdaşlıq məsələlərini müzakirə ediblər. Pandemiyaya qarşı hər iki ölkədə görülən tədbirlər haqqında bir-birlərini məlumatlandırıblar. Ayrıca, Hazırda Türkiyədə olan Rusiya vətəndaşlarının ölkəyə qayıtması məsələləri diqqət mərkəzində olub.
Bu gün Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskiylə də telefonla koronavirusun fəsadlarını müzakirə edib.