04 İyun 2020 18:15

Güzəşt paketi kimləri əhatə edəcək? – Ekspert AÇIQLADI

Hazırlanan və ölkə başçısına təqdim olunan dövlət dəstəyi paketi ilkin olaraq rəsmi qeydiyyatda olan sahibkarlara və onların əmək müqaviləsi ilə işləyən muzdlu işçilərinə şamil olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkə başçısının tapşırığı əsasında koronavirus pandemiyası ilə əlaqədar olaraq hazırlanan dövlət dəstəyi proqramları barəsində danışarkən deyib. Ekspert bildirib ki, təklif edilən paket əsasında ilk növbədə bu şəxslərə dəstək veriləcək:

“Söhbət təqribən 306 min insandan gedir. Bundan başqa, biznes sahəsində sahibkarlara bəzi güzəştlər ediləcək. Başlıca olaraq biznes kreditlərinin faizlərində güzəştlər olacağı açıqlanıb. Misal üçün on faizlə götürülən biznes kreditlərinin 5 faizi dövlət tərəfindən ödəniləcək.

Digər bir güzəşt isə gözlənildiyi kimi insanların ən çox tələb etdiyi ərzaq mallarına şamil olunacaq. Belə ki, insanların daha çox tələb etdiyi mallardan əlavə dəyər vergisi tutulmayacaq. Hazırda bu məhsulların tam siyahısı Nazirlər Kabineti tərəfindən dəqiqləşdirilir. Yaxın günlərdə digər işçi qruplarını əhatə edən təkliflər paketinin ölkə başçısına təqdim olunacağı gözlənilir”, -deyə o, bilidirib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri