21 Yanvar 2021 21:30

İranda bələdiyyə işçilərindən qəribə addım: Ölümü xatırlatmaq üçün… – VİDEO

İranda koronavirusla mübarizə tədbirləri çərçivəsində bələdiyyə əməkdaşları ölümü xatırlatmaq üçün qəribə paltarlar geyinərək küçələrdə gəziblər.

Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində baş verib.

Şəhərin bələdiyyə sədri Davud Darabi koronavirusa səbəbilə belə bir addım atdıqlarını bildirib və Hürrəmşəhrdə nisbətən yoluxma hallarının çox olduğunu qeyd edib.

O, sözügedən bələdiyyə əməkdaşlarının, əhalinin sıx toplaşdığı yerlərdə gəzərək almalı olduqları qabaqlayıcı təbirləri xatırlatdıqlarını deyib.
Həmin görüntüləri təqdim edirik:

/Yeniavaz.com/
 

Paylaş: