27 Yanvar 2021 06:44

Koronavirus bəlası… Allaha şikayət edən körpənin ahı…

Şəhrizad Süleyman

Şərqşünas-tədqiqatçı, Əbu-Dabi Universitetinin müəllimi

Koronavirus(COVID-19)— bu gün bütün dünya gündəminin ən əsas, ağrılımövzusu olan və bəşər övladının adi gündəlik həyat yaşamını iflic edən qorxunc panepidemiya! Bir neçə ay öncə Çinin Hubey əyalətinin Uhan şəhərindən alovlanan və sürətlə yayılan ümümbəşəribəla… Dünyanı cənginə alanölümcül virusun mənbəyinin  Çin mətbəxinin məşhur yeməklərindən biri sayılan yarasa şorbası olduğu deyilir. O yarasa ki, iri qanadları, qorxunc zahiri görnüşü ilə hələ binayi-qədimdən yer kürəsində qaranlıq zülmətin simvolu hesab olunub.2020-ci ildə də  məhzqara yarasa bir daha bütün dünyadaölüm mələyininqorxunc obrazına çevrildi.

Aciz durumda qalan bəşər övladı…

Fövqəl möcüzələrə imza atan, inanılmaz texnoloji uğurlar əldə edən, dünya mənə dar gəlir prizması ilə başqa planetlərə belə tamah salan, Aya peyklər  göndərən, Marsda məskən salmağı planlaşdıran insanoğlu sürətlə yayılan ölümcül virus qarşısında çıxılmaz vəziyyətə düşdü… Antik və modern dekorasiyalarla, al-əlvan boyalarla süslənmiş ecazkar dünya isəani bir zaman kəsiyində orta əsrlərin amansız vəba epidemiyasının hücumundan qorxan, qara ölümün qarşısında aciz qalan bomboş, miskin bir Yerə çevrildi.Sanki bir göz qırpımında dünyanın mozaik görüntüsü solğunlaşdı,həyatın nəbzi kəskin düşdü, sosial ritm dayandı, qaçhaqaç, küçələrdəki insan kütləsi, maşınizdihamları bitdi, meqapolislərin hayküyü anidən səngidi, alış-veriş, əyləncə mərkəzləri boşaldı, musiqi səsləri, çal-çağır kəsildi, iş yerləri, təhsil müəssisələribağlandı, bir sözlə, ətraf aləm sükuti-ətalətə qərq oldu…

Sərhədlər bağlı qaldı…

Koronovirus pandemiyası dünyanın beynəlxalq ictimai-siyasi xəritəsini bütünlüklə iflic etdi. Yüzminlərlə insan bu virusa yoluxdu, on minlərlə yoluxmuş xəstə həyatını itirdi. Dünya üzrə hər gün ümumbəşəri bəlaya düçar olanların və qurbanların sayı durmadan artır. Digər tərəfdən isəmilyonlarla insan virusla bağlı yayılan xəbərlərdənpanikaya düşür, psixoloji narahatlıq keçirdir. Bir sözlə, dünya əhalisi, böyüklü-kiçikli hər kəs təşviş içindədir. Nüvə silahları ilə öyünən, söz və güc sahibləri olan, yeni müstəmləkələr və sərvətlər ələ keçirmək uğrunda dayanmadan mübarizə aparan fövqəl dövlətlərbelə taclı bəla qarşısında aciz qaldılar.Qlobal miqyaslı virusa yoluxma təhlükəsi səbəbindən dünya ölkələriməcbürən özünəqapanma, təcrid olunma yolunu seçdilər.

Dünya cəza evinə çevrilib, hamı ev dustağıdır.  

Marsa səyahətə hazırlaşan insanlar bu gün qorxu və məcbur şəkildə evlərinə qapanıb vahiməli kabusun nə zaman bitəcəyini gözləyirlər. Elmi nailliyyətləri ilə sinəsinə döyən Qərb dünyasında koronavirusdan qorunmaq üçünindilərdə əlləri sabunla yumağın incəliklərindən, təmizlik qaydalarına riayətdənbəhs olunur.Nanotexnologiyalar yarışları aparan ölkələrinvətəndaşlarıgünlərdir acgözlükləsupermarketlərə hücum çəkir,gündəlik təlabat malları, adi tualet kağızı üçünsaçyoldusuna çıxırlar. Hava, su, quru yolu ilə hüdudlar aşan,istənilən vaxtda istədiyi məkana səyahət və ya köç edən bəşər övladı indi dövlətlərin sərhədlərini məcburi şəkildə bağlamasını lal-dinməzcəsinə müşahidə edir. Taclanmış virus isə ipək yolu ilə tacirlik edir, malını icazəsiz, vizasız kefi istədiyi ölkəyə daşıyır…

İnsanlığa ibrətamiz duyarı…

Bu gün yaşananlar insanlığın, bəşər övladının əsəridir. Bəlkə də bu çətin, vahiməli günlər həddini asmış, saysız-hesabsız günahları ilə çirkablara bulaşmış insanlığa bir duyarıdır, bu dünyanın nizamını pozanlara, haqq yolunu azanlara ismarıcdır! Yaradana qarşı çıxanlara, onu qəbul etməyənlərə, qorxu hissi nədir bilməyənlərə, dini, milli, etnik dəyərləri aşağılayanlara, günahsız, məsum insanları öldürənlərə, yurd-yuvalarından didərgin salanlara, müharibənin od-alovundan qaçıb canlarını qurtaranlara sığınmaq istədikləri ölkələrdə təpik atanlara, bəşər övladını su və çörəyə, isti yuvaya həsrət qoyanlara, pul-para, mənsəb, hakimiyyət naminə öz millətinə qənim kəsilənlərə, yeraltı-yerüstü sərvətləri həzm-rabedən keçirdənlərə, xalqın qanını zəli kimi soranlara, bir sözlə, ilahi ədalətdən xəbərsizlərə verilən ibrətamiz dərsdir.

Lal, kar, kor olan dünya vətəndaşları…

İllərdir dünyada siyasi-iqtisadi maraqlar uğrunda  çirkin savaşlar, dəhşətli müharibələr gedir. Suriya, İraq, Fələstin,Kəşmir, Qarabağ, Yəmən və digər ölkələrdə günahsız məsum körpələr,  zavallı və çarəsiz insanlar kütləvi şəkildə qətl edilir, insanlığa sığmayan soyqırımlar törədilir.2014-cü ildə Suriyada müharibənin qurbanı olan 3 yaşlı məsum uşağın ölümündən qabaq həkimlərə acılar içində ağlayaraq —”Mən hamınızdan Allaha şikayət edəcəm… Hər şeyi Ona danışacam…” söyləməsi əfsuslar olsun ki, bəşəriyyətə, insanlığa dərs olmadı. İnsan qanına susamış bədheybətlər daha da azğınlaşdılar… Çində günahsız uyğur türklərinə, Hindistanda, Myanmada müsəlman əhaliyə qarşı dəhşətli qırğınlar törətdilər…Özünü demokratiyanın beşiyi,  ali dəyərlərin daşıyıcısı hesab edən Avropa islamafobiya dalğasına büründü. Qərb ölkələrində müsəlman miqrantlara qarşı artan aqresiya və nifrət, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayətlər, qanlı olaylar günü-gündən artdı. Hicablı müsəlman qadınlar fiziki, mənəvi, maddi təzyiqlərə məruz qaldılar, niqab və çadra qanunla qadağan edildi.Bəlkə də həyatın ironiyasıdır ki, bu gün kədərli rənglərə bürünən, miskin və çarəsiz durumda olan modern dünya koronavirus adlandırılan qorxunc bəladan qorunmaq üçün niqaba bənzər tibbi maska taxır…

Pul azara, dünya “bazara” dönərsə…

Yer üzü “bazara”, pul isə ən dəhşətli azara çevriləndən bəri zalımların əlindən dad qılan məzlum insanların ah-naləsi, günahsızların göz yaşları, çörəklə imtahana çəkilənlərin əzab-əziyyətləri, səfalət içində yaşayan, hal-taqətdən düşmüş fəqirlərin ac baxışları, müxtəlif səpkili təcavüzlərə məruz qalan saf, məsum uşaqlarıntükürpədici iniltiləri,biçarə anaların ürək dağlayan fəryadı, qanadı qırılmış mələklərin ağrı-acısı göy üzünün dərin qatlarınadək yüksəlir,şər xeyirə qalib gəlir, hökmranlıq edir… Var-dövlət hərisliyi, pula, şər əməllərə düşkünlük, əxlaqsızlıq, naqislik, paxıllıq, qeybət, haram qazanc, əli əyrilikinsanlığın simasına çevrilib. Şeytana itaət edənlər, qəlbi qaralar, bic vələdüznalar, haram yeyənlər halal adamları, əməli-saleh insanları qat-qat üstələyir, haqsızlıq, ədalətsizlik baş alıb gedir.

Millət necə tarac olur-olsun…

İllərdir böyük oyunun dirigözlü qurbanları olan sadə camaat gözünü heç cür doyura bilməyənbir qrup harın,qarınqulu dəstənin, məhkəmə proseslərində ədalətsiz qərarlar verən vicdansız hakimin, xalqı zəhərləyən, şərab, tütün, keyfiyyətsiz dərman biznesi ilə məşğul olan möhtəkir deputatın, korrupsiya bataqlığında lövbər salan yüksək çinli məmurun, bütün günü əli belində gəzən, fəhlələrin puluna belə göz dikən bisavad icra başçısının, millətin haqqını yeyəyərək dövlət büdcəsini sümürən, bivec övladlarını daxildə və xarici ölkələrdə yağ-bal içində yaşadan nazirin, bəxili-nədl mədə-niyyət vəzirinin, danabaşın diqtəsi ilə düdük çalanların, rüşvət alanların, onlarla ev məngirləyənlərin, bir sözlə, koronavirusdan da qorxulu “itnəfis gəmiricilər”in girovuna çevrilib. Xalqın milli sərvətini sanki, öz dədə malı kimi sağa-sola xərcləyən, xarici ölkələrə daşıyan, iki milyon dollarlıq saat taxan qudurğan neftxuda oğlunun ölkəsində əksər uşaqlar maddi korluqdan əziyyət çəkirlər…

Artdıqca həyasızlıq olur el mütəhəmmil…

Ətraf aləm, cəmiyyət ürküdücü ətalətlə bərabər,həm də dərin bir yoxsulluq, ümidsizlik içindədir. Nədən bu qədər fəqirik, çarəsizik fərqindəmisiniz? İllərdir içimizdəki boşluğun vəümidsizliyin açdığı dərin yaralarda, maddi-mənəvi aclıqda boğuluruq hamımız…İstəmədiyimiz, nifrət etdiyimiz, ruhumuzu incidən, sızladan dəyərləri, əxlaqsız ünsürləri zərərli mikrob kimi yedirdirlər qanımıza…Bisavad savaddan, bişərəf şərəfdən, şərafətdən,əsilsiz-nəsilsiz əsil, nəcabətdən, nakişi kişilikdən, əxlaqsız əxlaqdan, mənəviyyatsız mənəvi dəyərlərdən danışır, oğru elə bağırır ki, doğrunun bağrı yarılır.

Daş qəlbli insanları neylərdin ilahi?!…

Zaman keçdikcə, texnologiya inkişaf etdikcə insanlarvəhşiləşir, quduzlaşır, cinayətlər çoxalır, əksər canilər cəzasız qalır… Ucqar kənddə körpə qız uşağı aylarla yoxa çıxır, qonşunun evində cinsi təcavüzə məruz qalır, sonra yandırılır, ana balanı küçəyə atır, təqaüd puluna  görə nəvə nənəni öldürür, ər arvadı bıçaqlayır, arvad ərə küt alətlə xəsarət yetirir, qız ataya şıllaq atır, oğul anaya əl qaldırır, ahıl valideynlər kimsəsizlər, qocalar evinə atılır, gənclər intihar edir, uşaqlar yetimxanalarda, soyuq internat hücrələrində tənha böyüyür, insanlıq diri-diri gömülür… Görəsən bəşər övladı şeytani əməllərinin qisas alınacağı günüheçmi düşünmürdü?!…

Dünyanın nizamını dəyişən koronavirus…

Müqəddəs Qurani-Kərimin əş-Şura surəsinin 30-cu ayəsində Allah-Təala buyurur ki, “Başınıza gələnhər bir müsibət öz əllərinizlə qazandığınız günahlar, etdiyiniz əməllər ucbatındandır.” Həqiqətən, bir neçə ay öncə kimin ağlına gələrdi ki, dünya koronavirus adlandırılan bir bəlaya düçar olacaq, həyat çökəcək, hər yan ətalətə, sükuta qərq olacaq. Görünən odur ki, məsum suriyalı körpənin şikayəti ünvanına yetişib, bütün bəşəriyyətetdiyi günahların cəzasını çəkir… Dünya isə,hələ də səssiz-səmirsiz,qorxunc savaş içindədir, əliyalın, silahsız…

 

Paylaş: