24 Yanvar 2021 13:11

Metro bağlandı, bu dəfə də marşrutlarda sıxlıq yarandı – FOTOLAR

Bakıda marşrutlarda sıxlıq yaranıb.
 
BakuPost xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.
Fotoların Neftçilər ərazisində çəkildiyi və bu günə aid olduğu qeyd edilib.
Xatırladaq ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində operativ qərargahın qərarı ilə dünən saat 22:00-dan etibarən aprelin 20-nə qədər Bakı Metropoliteni bağlanıb.
Qeyd edək ki, operativ qərargahın digər bir qərarı ilə 10 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan edilib.
/BakuPost/

Paylaş: