27 May 2020 01:44

Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar.

Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

Məlumata görə, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

Qeyd edək ki, aprelin 5-dən 20-dək ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS göndərməlidirlər.    /Yenisabah.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri