01 İyun 2020 01:55

4015 şirkət əməkdaşlarını qeydiyyatdan keçirdi

“Vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldikdən hesablanır”.

Bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, icazələrin məqsədinə dair 3 kod təyin edilib:

“1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər”.

C.Salmanov deyib ki, vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmətin” 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Sədr müavini deyib ki, DİN əməkdaşlarının yoxlamaları zamanı aşkarlanan və icazələr sisteminin tələblərinə əməl etməyən şəxslər hüquqi məsuliyyət daşıyırlar. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri