05 Dekabr 2020 16:25

BengüTürk TV-də “Azərbaycan rüzgarı” əsəcək: “Həyat evə sığar”

Türkiyədə BengüTürk” televiziyasında 2 ildən çoxdur ki, fəaliyyət göstərən “Azərbaycan rüzgarı” proqramı “Evde qal” kampaniyasına uyğun olaraq bu bazar tamaşaçılarının görüşünə yeniliklərlə gələcək.

Proqramın müəllifi, telejurnalist Səidə Ömər Turkustan.info-ya açıqlamasında deyib ki, “Hazırda bütün dünyada yeni növ koronavirusla (COVİD-19) bağlı yaşanan narahatlıqla bağlı qardaş Türkiyədə də əndişələr, nigaran çılıqlar var. Qlobal problemə çevrilən bu gözlənilməz və arzuolunmaq virus təhlükəsindən hər kəsin evə qapanması bəzi insanlarda ruh düşkünlüyü yaradır, pessimist ovqata kökləyir. Türkiyədə təhsil alan 21 mindən çox azərbaycanlı tələbələrimizin hazırda 19 mini Türkiyədə ya qaldıqları yerlərdə, yurdlarda, ya da müvəqqəti olaraq xeyriyyəçi insanların mərhəmətinə sığınıblar, hamı kimi, tələbə həmkarlarım və valideynləri də təlaşla bu sıxıntılı günlərin keçməsini gözləyirlər. Mən də bütün bunları nəzərər alaraq “Azərbaycan ruzigarı” seyrçiləri üçün, azərbaycanlı tamaşaçıları üçün Azərbaycan fimlərindən nostaljiyə şevrilən musiqilərimizi xatırladıb, Azərbaycanın sevilən şairələrinin olan Mədinə Gülgünün şerlərini səsləndirib, sonda da bir rəqs sürprizi etmək istəyirəm”.

Səidə Ömər bildirib ki, bununla “Azərbaycan rüzgarı”sevənlərə az da olsa yaşanan bu sıxıntılardan qurtaracağına ümid edir: “Bütün türk dünyasını bazar günü saat 20:00-da “BengüTürk TV”-nin ekran qarşısında olmağa dəvət edirəm və psixoloji gərginlik yaşadığımız bu günlərin ömrünün qısa olması diləyilə hər kəsə səslənirəm. “Evdə qalın, sağlıqlı qalın. Həyat evə sığar.Yaradan yardımçımız olsun!”

Paylaş: