30 May 2020 11:48

Bütün əhali evdən çıxmadan testdən keçirilsin – Karantin xəstəxanasının həkimi

“Təəssüf ki, koronavirusa yoluxma halları artır”.

Bunu hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib.

O, aidiyyatlı qurumlara təkliflərini də verib.

“1. Gizli yoluxma və yoluxdurma hallarının daha tez aşkar edilməsi üçün bütün əhalinin evdən çıxmadan COVİD-19 testindən keçirilməsi. Buna çox maddiyyat tələb olunsa da yoluxandan sonra onların müalicəsinə sərf olunacaq maddiyyatdan daha az olacaq.

2. Bütün marketlərdə, apteklərdə və digər tibb müəssisələrində işləyən insanların COVİD-19 testindən keçirilməsi. Təəssüf ki, tez-tez marketlərdə, apteklərdə bu məsələyə ciddi yanaşmayan işçilərlə rastlaşırıq.

Təkliflərin əsas səbəbi yoluxmuş insanlaın özləri də hiss etmədən, bilmədən digər insanları yoluxdurmasıdır”, – deyə həkim Aydın Əliyev bildirib. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri