22 Oktyabr 2020 15:56

Koronavirus olmayan ölkədə koronavirusla bağlı – PREZİDENTDƏN TAPŞIRIQ

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə koronavirusa görə büdcəyə yenidən baxılması ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

Konkret.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə şənbə günü rusdilli “Neytral Türkmənistan” qəzeti yazıb.

Hökumət iclasında Berdiməhəmmədov neft-qaz kompleksinin rəhbərlərinə istinad edərək qeyd edib ki, birinci rübdə neft-qaz sektorunda əsas göstəricilər əldə olunsa da, bəzilərinin artım templəri keçən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Dövlət başçısı vurğulayıb ki, bu kompleksə həvalə olunan ən vacib vəzifələrin uğurla həlli həmçinin istehsalat fəaliyyətlərinin dünyada karbohidrogen ehtiyatlarının aşağı düşməsi ilə əlaqəli vəziyyətə uyğunlaşdırılması üçün təxirəsalınmaz tədbirlər və müvafiq işlər görmək lazımdır.

Berdiməhəmmədov Xəzərin Türkmənistan şelfində yerləşən “Türkneftneft” Dövlət Konserninin neft-qaz bloklarının işlənməsini sürətləndirməyi, investisiya cəlbediciliyini artırmağı və ixtisaslaşmış xarici şirkətlərlə əməkdaşlıq qurmağı tapşırıb.

Dövlət başçısı neft məhsullarının beynəlxalq bazarlarını diqqətlə öyrənməyin və marketinq araşdırmalarına əsaslanaraq ən populyarların siyahısını müəyyənləşdirməyin lazım olduğunu söyləyib.

“Hazırkı vəziyyətdə bu məhsulların qiymətində azalma olanda satış üçün daha sərfəli bazar axtarmaq lazımdır”, deyə dövlət başçısı qeyd edib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri