30 Noyabr 2020 09:42

Rusiyanın koronavirusu yox edən peyvəndi hazırdır – Bu tarixdən TƏTBİQ EDİLƏCƏK

Rusiya Vektor Dövlət Virusologiya və Biotexnologiya Elm Mərkəzi koronavirusa qarşı hazırladığı peyvəndi bəzi heyvanlar üzərinə sınaqdan keçirib.

Turkustan.info xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov danışıb.

Dövlət televizyasına açıqlama verən Maksyutov peyvəndin laborator işlərinin davam etdiyini və iyun ayından etibarən insanlar üzərinə sınaqlara başlanılacağını deyib: “Bu vaxta qədər siçanlar və mışovullar üzərində sınaq aparılıb. Primatlar üzərində peyvəndləmə davam edir. Laborator sınaqlar aprelin sonunda başa çatmalıdır”.

Rusiya Koronavirusla Mübarizə Mərkəzinin məlumatına görə, ölkədə 4 min 731 nəfər koronavirusa yoluxub. Ölü sayı 43-dür. (publika.az)

Paylaş: