30 May 2020 22:58

Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi

Dağıstanda koronavirusun yayılması üçüncü mərhələdən dördüncü nəzarətsiz mərhələyə keçib, bu da öz növbəsində sərt məhdudlaşdırıcı tədbirlər tələb edir.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə İstehlakçı hüquqlarının müdafiəsi və vətəndaşların rifahına nəzarət üzrə Federal Xidmətin regional şöbəsinin müdiri Nikolay Pavlov Mahaçqalada görüşü zamanı çıxış edib.

Cümə axşamı sözügedən federal xidmət Dağıstan ərazisində koronavirus infeksiyasına yoluxanların ümumi sayının 15-dən 25-ə yüksəldiyini açıqlamışdı.”COVID-19 virusu prosesin 3-cü mərhələsindən – idarə olunan kimi xarakterizə olunan mərhələsindən 4-cü – idarə edilə bilməyən mərhələyə keçib. Bu isə virusun ətraf mühitdə, havada, ictimai nəqliyyatda, ictimai yerlərdə – hər yerdə yayıldığını deməyə əsas verir. Artıq xəstələrlə və ya daşıyıcılarla təmasda olmaq deyil, sadəcə, ictimai nəqliyyatdan istifadə etməklə, skamyada oturmaqla bu infeksiyaya tutulmaq mümkündür”, – deyə Pavlov bildirib.

Onun sözlərinə görə, artıq daha sərt məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi və dezinfeksiya işlərinin əhatə dairəsinin genişləndirilməsi labüddür.

Qeyd edək ki, Dağıstan ərazisində karantin rejimi artıq qüvvəyə minib. Vətəndaşlara yemək və ya dərman almaq, zibil atmaq və ev heyvanlarını gəzintiyə çıxarmaq istisna olmaqla, digər səbəblərdən evdən çıxmaq qadağan olunub.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri