30 Noyabr 2020 09:09

Lerikdə karantin müddəti bitən 197 nəfər evə yola salındı – VİDEO

Bu gün “Relax” İstirahət Mərkəzində karantində olan 300-ə yaxın insandan 197-ci karantindən evlərinə yola salınıb. Bu barədə “Ölkə.Az”a açıqlamasında “Relax” İstirahət Mərkəzinin sahibi, iş adamı Çingiz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, istirahət mərkəzində 300-dək insan karantində nəzarət altında saxlanılırdı: “Onlar əsasən Rusiya, Türkiyə, Polşa və digər ölkələrdən gətirilən insanlar idi. Xoşbəxtlikdən yola salınan insanların heç birində koronavirus infekasiyası aşkar edilmədi”.

Çingiz Məmmədov onu da əlavə edib ki, hazırda istirahət mərkəzində 98 nəfər karantində qalır: “Yola saldığımız insanların yaşadıqları otaqlar və katejlər təmizlənərək, dezinfeksiya olunur. Təmizlik işləri başa çatdıqdan sonra yeni insanlar katantinə alınacaq. Biz daha 200 nəfəri karantin nəzarətinə almağa hazırıq”.

Azpolitika.az

Paylaş: