21 Oktyabr 2020 06:13

“Azərbaycan bizim hamımızın dövlətidir”

Mövlud Ahıskalı

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi çərçivəsində hazırlanıb

Hazırda Çində yaşayan uyğurların durumu beynəlxalq ajiotaja səbəb olub. Altay dilləri ailəsinə aid olan uyğur türkləri əsasən Çin Respublikasının şimal qərbində yaşayır. Ümumilikdə götürdükdə  uyğurların dünyadakı ümumi sayı 40 milyon, bəzi mənbələrdə isə 80 milyon göstərilir.

Tarixən başına çoxlu müsibətlər gəlmiş, zəngin, tükənməz ruha, dövlətçilik tarixinə malik uyğurlar bu gün təəssüf ki, qolu-qanadı sındırılmış vəziyyətdədir. Bütün bunlara baxmayaraq Uyğur diasporası dünyanın bir çox ölkələrində mövcuddur və hər an uyğur türklərinin taleyi ilə maraqlanır. Təsadüfən söhbəti uyğur türkləri tarixi iə başlamadım. Bu günkü müsahibim Tursunay Məmmədniyaz bir müddət Azərbaycanda mühacir həyatı yaşayıb. Onu doğma yurdundan didərgin salan səbəblər əlbəttə ki, millətçi olmasıdır. Tursunay Məmmədniyazla söhbətimizdə onun milləti üçün həyatını belə təhlükəyə salmaqdan qorxmayan, cəsur bir xanım olduğunun şahidi oldum.

  • Heç kim mühacir həyatı yaşamaq istəməz. Ancaq mövcud olan problemlər mühacirləri məhz bu həyatı yaşamağa məcbur edir. İlk olaraq qeyd edim ki, Doğu Türküstan deyərkən çox vaxt Çin başa düşürlər. Ancaq mən bunu qəbul etmirəm. Mən Doğu Türküstanın qızıyam və fəxr edirəm ki, uyğur türkünün qızı olaraq dünyaya gəlmişəm. Ailədə 5 uşağıq-1 qardaş, 4 bacı. Ailəmin hamısı uyğur dilində təhsil alsa da atam vətənpərvər insan olduğu üçün məhz mənə çin dilində təhsil almağa şərait yaratdı. Təhsil aldığım zaman təhrif olunmuş tariximizlə qarşılaşdım. Uyğur türkünün tarixi çinlilər tərəfindən dəyişdirilərək dünyaya təqdim olunur.
  • Sadəcə uyğur türkü deyil, bütün türklərin tarixi dəyişdirilmiş və bu proses davam edir.. belə olan halda diaspor qurumların bu kimi duruma münasibəti nə yerdədir?
  • Əslində bu kimi durumlarla elə diaspor qurumlar maraqlanmalı və bütün dünyanı da məlumatlandırmalıdırlar. Təsəvvür edin ki, çinlilər uyğur türkünün çinlilərlə eyni olduğu yanlış fikrini dünyaya təqdim edir. Dünya nəyə görə bizi çinli kimi görməlidir ki, axı biz türkük. Ancaq diaspoq qurumları susurlar, belə olan halda dünya həqiqəti necə öyrənə bilər?!
  • Diaspor qurumlara müraciət edərək onların susma səbəbini öyrənmək olardı. Cəhd etdinizmi?
  • Cəhd etmək nədir, dəfələrlə bütün türk diaspor qurumlarına müraciət etdik, ancaq görünür onlar susmaqda qərarlı idilər. Əslində diaspor sözünün mənası –səpələnmiş, dağılmış, zərrəciklər-deməkdir. Bu da o deməkdir ki, bütün dünyada yaşayan  türk milləti  bir-birindən ayrı düşmüşdür, onların yaşam tərzi, fəaiyyət istiqaməti ilə maraqlanmaq birbaşa diaspor qurumlarının işidir. Təsəvvür edin ki, çinli uyğur türkünün tarixini yanlış istiqamətə yönəldir. Ancaq uyğur türkünün tarixi çox qədimdir. Bu  baxımdan tariximizi öyrənməyə başladım və getdikcə başa düşdüm ki, əslində çin dilində təhsil almağımla çinlilərin uyğurlar haqqında yazdıqları, danışdıqları yanlışların qarşısını almaq mümkündür. Çinli bizi öz dilində təhqir edir, bizi söyür, ancaq biz onları anlamırıq, çünki dilini bilmirik. Düşmənə cavab vermək üçün mütləq onun dilini bilməlisən.  Yaxşı ki, mən atamın təsiri altında böyüyərək milli fəal kimi yetişdim. Ancaq mən tək deyiləm, uyğur türklərinin əksəriyyəti milli fəal olaraq haqqı uğrunda mübarizəyə qalxıb. Bütün dünya ölkələrində yaşamaq məcburiyyətində qalan türklərin taleyi əslində hər zaman çətin olub.Dünyadakı bütün türklərin haqqı tapdanır, bütün türklər təzyiqlərəməruz qalır. Hansı dövlətin torpaqları XXI əsrdə işğal atındadır? Bu suala kim cavab verə bilər?
  • Çox təəssüf ki, sadəcə Türk millətinin torpaqları işğal altında…

– Güney Azərbaycan işğalda, Qarabağ torpaqları işğalda, hələ Rusiyanın işğalında olan torpaqlar…Türkiyənin PKK backısında olması, Dərbənd işğalda…Allahtaala bir ili 365 gün olaraq öhdəmizə verib. Ancaq deyəsən bu 365 günün bütün zamanını yuxuda keçirməyə həvəsliyik. Artıq oyanma zamanı, yetər artıq yuxuya dalmağımız… Doğrudur, illərdir ki, Rusiyanınəsarətində qalan türk dilli xalqlarımız var, hətta hazırda belə tam olaraqəsarətdən xilas ola bilmirlər. Bu səbəbdən hər zaman gənc nəslə başa salmaq lazımdrı ki, onlar öz kimliyini dərk etsinlər. Harda yaşamağından asılı olmayaraq özünün kimliyini bilməlisən. Sadəcə -Mən türkəm- deməklə iş bitməz, bu sözün mənasını tam olaraq dərk etməlisən.

          Haşiyə:  Hələ Çində təhsil aldığı zaman günlərin birində Çinli müəllimin tələbəsi-Tursuny Məmmədniyazla beləbir söhbəti olur.

Çinli müəllim: Siz türklər hər zaman bir birinizlə savaşırsınız, nəyəgörə?

Türk tələbə:  Dünyanın bütün torpaqları türklərə aiddir. Belə olan halda türkün bir biri ilə savaşması təbii haldır, çünki savaşacaq başqa biri yoxdur. Məsələn, sənin nəyin var, Pekindən başqa nəyin var?

Tələbəsinin sözündən bərk qəzəblənən çinli müəllim Tursunay Məmmədniyaz təhsilini bitirənə qədər ona qarşı kinli-kidurətli davranır və sonda da onun diplomuna –millətçi- sözü yazır. Bu da o deməkdir ki, Çində diplomuna –millətçi-sözü yazılan tələbələrin sonrakı iş həyatı təhlükə altında qalırdı. Tələbə iş axtararkən diplomunu təqdim edir ki, nəticədə də diploma baxan şəxs mədəni şəkildə işçi qüvvəsinə ehtiyacları olmadığını bildirir. Tursunay Məmmədniyaz uzun müddət –millətçi-sözünün əziyyətini çəkib, ancaq buna baxmayaraq bir an olsun milətçilik duyğularından imtina etməyib.

…Türkün yaranışı miladdan öncəyə 174-cü ilə təsadüf edir. Bu tarixi heç kim silməyə qadir deyil. 

  • Yeri gəlmişkən, işsizlik səbəbiyləmi Azərbaycana gəldiniz, yoxsa bu bir təsadüf idi?
  • Əslində siyasi fəaliyyətimi dondurmaq, bir qədər bu mövzudan uzaq olmaq üçün iş həyatıma Azərbaycanda davam etdim. Burdakı şirkətlərdən birindən iş təklifi aldım. Təxminən 2 il siyasi həyatdan uzaq qalaraq Azərbaycanda sakit həyatıma davam etdim. Ancaq 2009-cu ildəki məlum hadisələrdən sonra öz-özümə düşünərək qərar verdim ki, mən baş verənlərə biganə qala bilmərəm, çünki mən belə doğulmamışam. Azərbaycandan birbaşa internet vasitəsilə siyasi fəaliyyətə başladım, dünyaya həqiqəti çatdırmaq üçün sadəcə internetin gücünə arxalandım, çünki başqa cür mümkün deyildi. Mən artıq 4 ildir ki, ailəmin üzünə həsrətəm, ayda ildə bir dəfə telefon bağlantısı qura bilirəm, anam üçün çox darıxıram, ancaq Ana Yurdumun qapıları üzümə bağlıdır, çünki orda məni, ailəmi  sadəcə təhlükə gözləyir. Bu təhlükəyə görə ailəmlə bərabər bu həsrətə qatlaşmaq məcburuyyətindəyik.
  • Sizcə bu əziyyətlərə dəyərmi?
  • Turan dünyasının, Böyük Türk dünyasının birləşməsi mənim-bizim sadəcə arzumuz deyil, əksinə başlıca məqsədimizdir. Bu yolda yanlış addımlar atmamalıyıq. Bi həqiqəti unutmamalıyıq ki, Güney Azərbaycan azad olmayınca Turan dünyası yarana bilməz. Bunun üçün öncə Güney Azərbaycan öz dilinə qovuşmalı, haqqını müdafiəyə qalxmalı və nəhayət fars şovinizminin əsarətindən xilas olmalıdır. Ana dilimizdən bəhs etmişkən, Azərbaycanda da çox vaxt rus dilində danışanlara rast gəlmək olur. Doğrudur, 70 il Rusiyanın əsarətində qalan Azərbaycan xalqı uzun müddət ana dilindən ayrı qalıb, ancaq artıq müstəqillik var. Belə olan halda öz dilini qoyub başqa dildə necə danışa bilərsən. Heç olmasa bir anlıq dilinə həsrət qalanları düşün. 2009-cu ildə baş verən hadisələri xatırlayın. Çin bütün dünyaya car çəkdi ki, guya cəmi 169 nəfər uyğur türkü dünyasını dəyişib. Ancaq faktlar başqa söz deyirdi və dünyanın da bundan xəbəri yoxdu. Hadisə baş verərkən 15 min insan öldü, 6 min insan həbsxanada. Yeni nəsil yetişir, ancaq onlar gözlərini dünyaya açmağa hazırlaşdığı zaman sadəcə həbs həyatını görmək məcburiyyətində qaldılar.
  • Uyğur türklərinin durumu göz qabağinda və sizin kimi vətənindən uzaqlarda mübarizə aparan insanlar bəlkə də saysız-hesabsızdır…
  •  Ana yurdumuzdan uzaqlarda yaşayan hər bir uyğur türkü siyasi fəaliyyət aparmaq üçün hər formada cəhd edir. Çox təəsüf ki, telefon danışıqları dinlənildiyi üçün artıq söz danışmaq mümkün deyil. Belə olan halda hərəmiz bir formada ana yurdun xilası üçün dünyanı məlumatlandırmağa çalışırıq. Bir məqamı da xüsusilə diqqətinizə çatdırım ki, bizdə mitinq keçirilən zaman uşaqdan böyüyə hamı ora qatılır və hər kəs ölümü göz önünə alır. Təsəvvür edin ki, hələ bizim silahımız yoxdur…
  • Bütün türklərin düşdüyü durum eyni, ancaq daha çox Güney Azərbaycanla Doğu Türküstanın problemləri bir qədər bənzəyir…
  • Ancaq fərqli tərəfi var. Məsələn Güney Azərbaycanda türk qardaşlarımız fars dilində təhsil almaq məcburuyyətindədir, çünki öz dillərində məktəb yoxdur, bu çox ağrılı bir məqamdır. Ancaq bizdə öz dilimizdə məktəblər var. 2009-cu il hadisələrinin ən böyük səbəblərindən biri də o idi ki, çinlilər bizim dildə olan məktəbləri bağlamaq istəsələr də biz qurbanlar verərək bu bəlanın qarşısını aldıq. Başqa bir fərqimiz daha var. Çinlilər bizim məscidləri bağlayır, məsciddə ibadət edəni öldürür, məscidimizə tüpürür və s. rəzillikləri edirlər. Ancaq Güney Azərbaycanda məscidlərə qarşı hörmətsizlik yoxdur. Bu baxımdam müxtəlif fərqlər var ki, bu da təbii haldır.  Qeyd etdiyim kimi diaspor qurumların bütün bunlardan nə dərəcədə  xəbəri var, ya da yox, bunu demək çox çətindir. Çünki biz baş verən hadisələrin dünyaya yayılması üçün dəfələrlə diaspor qurumlarına müraciət etsək də onlar bizim səsimizi eşitmədilər. Türkiyədən və bir çox ölkələrdən kömək istədik. Türkiyə bizə məsləhət gördü ki, ərəb dövlətlərindən kömək istəyək. Mən Türkiyənin, eyni zamanda bütün türk millətinin yadına bir məqamı salmaq istəyirəm, unutduqları bir məqamı-Ərəbdən əvvəl Türk yaranıb,  islamdan əvvəl Türk yaranıb. İslamdan əvvəl biz əllərimiz göyə qaldıararq Allahımıza dua etdik, biz Allahımızı Türk olaraq yarandığımız gündən tanıyır, Ona sitayiş edirik. Qoy Türk milləti bunu heç unutmasın… Azərbaycan bizim hamımızın dövlətidir.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri