30 May 2020 15:59

Dağlıq Qarabağda taunun kökünü kəsən BAKILI YƏHUDİ

Bəşəriyyət Çinin Uhan şəhərindən baş götürüb dünyaya yayılan yeni ölümcül virusun yaratdığı pandemiya ilə üz-üzədir. Hər gün koronavirus dünyada minlərlə insanın həyatına son qoyur, ölkələin səhiyyə sistemləri həndəsi silsilə ilə artan xəstələr qarşısında bir-birinin ardınca çökür, iqtisadiyyatlar dayanıb. Milyardlarla adam evlərinə qapanıb və qorxunc virusa tuş gəlməmək üçün karantin rejimindədir.

Lakin bəşəriyyət tarixində bundan da betər epidemiyalar, öldürücü viruslar və bakteriyalar mövcud olub. Məsələn, taun epidemiyası.

Turkustan.info xəbər verir ki, https://detaly.co.il adlı İsrail portalı 20-ci əsrin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış, amma sovet hökumətinin gizli saxladığı taun epidemiyasının qarşısının bakılı yəhudi həkim tərəfindən necə alındığı barədə maraqlı tarixçəni oxuculara çatdırır.

…1930-cu ilin qışında  Mikrobiologiya  İnstitutunun direktoru, məhşur bioloq  Lev  Zilber institutun bir qrup əməkdaşı ilə birgə təcili şəkildə Bakıdan Dağlıq Qarabağa yola düşür.  İran sərhəddinə çatdıqda qatardan düşürlər, Hadruta atla gedirlər.  Rayon mərkəzindəki küçələr bomboş idi, sakinlər öz evlərinə qapanmışdı, məktəblərdə dərslər dayandırılmışdı. Buna səbəb Hadrutda taun epidemiyasının tüğyan etməsi idi.

Taun epidemiyasının qurbanlarının sayı dəqiq məlum deyil. Sovetlər dönəmində bu epidemiyanın sıçrayışı faktı Azərbaycanda ciddi şəkildə məxfiləşdirilmişdi. Hakimiyyət nümayəndələri, həkimlər teleqramlarda xəstəliyin adının əvəzinə “filiz” sözü işlədirdilər. Açıq aşkar görünürdü ki, epidemiya az insanın həyatına son qoymayıb.

“İnsanlar ağciyər taunu zamanı adətən ailəlikcə qırılırdılar” – Lev Zilber gəldiyi nəticələrdə belə yazırdı. Bu ona görə baş verirdi ki,  ailədə epidemiyaya ilk yoluxan tez bir zamanda təcrid olunmur və bütün ailəni yoluxdururdu. Yalnız nadir hallarda uşaqlar sağ qalırdılar. Hadrutda da belə idi. Böyük ehtimalla uşaqlar günün çox hissəsini ailədən kənarda keçirdikləri üçün yoluxma faizi də aşağı olurdu.

Dağlıq Qarabağdakı taunla mübarizə haqqında Lev Zilber yalnız sonralar – “bu haqda danışmaq mümkün olduğu zaman” danışır. 1966-cı ilin  dekabrında “Elm və həyat” jurnalında professorun “Filiz” əməliyyatı” adlı  xatirələri dərc edilir.  Zilberin özü isə jurnalın dekabr buraxılışından bir ay öncə vəfat edir. Olümündən sonra, nəşrin ardınca SSRİ-in Dövlət mükafatı ilə təltif olunur.

Zilberin “Filiz əməliyyatı” xatirələri triller kimi oxunur. O, qeyri-adi istedada malik şəxsiyyət olub. Zilber həm də məşhur yazıçı Venyamin Kaverin doğma qardaşı idi. Ümumiyyətlə,  insanın bütün sahələrdə bacarıqlı və  istedadlı olmasına nadir hallara təsadüf edilir.

“Zilberin qısa hekayəsi Qrem Qrinin romanını xatırladır” – Venyamin qardaşı barədə belə deyir.

“Elm və həyat” jurnalında dərc edilən  xatirələrində Zilber taun epidemiyasına qalib gəlməsi haqda danışır. Bunun üçün həmin vaxt ciddi ölçülər götürmək lazım olub. Hadruta yaxın bütün ərazilər qoşunlarla mühasirəyə alınıb, fəlakət zonasına giriş-çıxışa qadağa qoyulub. Epidemiyaya yoluxanları xəstəxanadan ayrı binaya köçürüblər. Onların ünsiyyətdə olduğu şəxslərın hamısı təcrid edilib.  Hadrudun yerdə qalan əhalisi xüsusi geyimlərlə təchiz olunub və konvoyun nəzarəti altında öz evlərini tərk ediblər, qəsəbənin kənarında qurulmuş çadırlara köçürülüblər. Taundan ölənlərin meyitlərini dəfn etməyə icazə verilməyib, cəsədlər yandırılıb.

Nəticədə epidemiya tez bir zamanda sönməyə başlayıb. Əgər  həkimlər və bioloqlar  vaxtında taun epidemiyanın qarşısını ala bilməsəydilər  Qarabağda çox insanın həyatı məhv olardı.

İlkin olaraq yerli həkimlər tauna yoluxanlara “krupoz  pnevmoniya” diaqnozu qoyurdular. Onlar da hakimiyyət nümayəndələri kimi belə bir epidemiyanın tüğyan etməsinə inanmaq istəmirdilər.

Hadrutdakı taun həyəcanı siqnalına Azərbaycanın Xalq Səhiyyə Komissarlığının  Ziberə cavabı isə “ola bilməz ki, bizim torpağımızda belə iyrənc xəstəlik yayılsın!”olub.

Bu siqnal Bakıya Hadrut  sərhəd dəstəsinin hərbi həkimi, Leninqrad Hərbi tibb akademiyasının məzunu Lev Marqolin tərəfindən çatdırılıb. Qoxunc xəstəlik onu da öz ağuşuna alıb, həkimlərin bütün cəhdlərinə baxmayaraq gənc həkimin həyatını xilas etmək mümkün olmayıb.

“O ağır şəkildə ölürdü, boğulurdu, şüuru özünə qayıdanda “ana” deyə çağırırdı. Axı kim 24 yaşında asan ölə bilər ki?”- Zilber gənc həkimin ölümünü bu cür yada salır.

Qeyd edək ki, vəzifəsinə və zəngin təcrübəsinə baxmayaraq Ziber özü də gənc idi. Onun cəmi 35 yaşı vardı.

Həkimlərlə birgə Bakıdan Hadruta  Daxili İşlər Xalq Komissarlığının əməkdaşları da gəlirlər. Onların versiyasına görə, qorxunc epidemiyanı xaricdən göndərilən diversantlar yayırlar. Belə ki, xarici ölkənin bölgəyə göndərilən kəşfiyyat diversantları taundan ölənlərin qəbirlərini açır, cəsədlərin ürəyini və qaraciyərini kəsərək infeksiyanı yayırlar.

Bu versiyanı  Zilber cəfəngiyyat adlandırır. Lakin taundan ölənlərin bir neçəsinin meyitlərinin  ekskumasiyası zamanı həqiqətən də cəsədlərin daxili orqanlarının kəsildiyi məlum olur. Bu, heç bir məntiqə sığmır. Axı diversantlar niyə cəsədlərin daxili orqanlarını kəsirlər? Onlar özləri də bu infeksiyaya yoluxa bilərlər. Bu sirrin cavabını  yerli müəllimlərdən biri açır. O, bildirir ki, bölgədə belə bir inanc mövcuddur:əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa digərlərini də “aparmağa gələcək”. Həmin ölünün qəbrini qazıb onun başını kəsmək, yaxud ürəyini, qaraciyərini çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə ölümdən xilas olurlar.

Bu sirrdən agah olduqdan sonra Zilber müəyyən edir ki, bölgədə infeksiya bu yolla yayılır. O, epidemiyanın kəskin şəkildə yoluxmasının qarşısını ala bilir.

Lakin taun epidemiyasını Sovetlər ölkəsinə gətirən xarici diversantlarla barədə versiyanı da yaddan çıxarmaq mümkün olmur. Hadrutdan Bakıya qayıdan Zilber qəhrəman kimi qarşılanır, qırmızı ulduzlu ordenlə mükafatlandırılır, ona Mərkəzi Seçki Komissiyasının tərkibinə daxil edilməsinə  söz verilir. Lakin çox keçmir ki, epidemiyanın əsl səbəblərini gizlətdiyinə görə ittiham olunaraq həbsə atılır. Təxminən dörd ay həbsxanada yatan Zilber ruhdan düşmür, hətta kamerada özünə çubuqlardan və kağızdan ayrıca “boks” da tikir…

Ziberin tez bir zamanda qardaşının dəstəyi ilə azadlığa çıxır. Alimin qardaşı Venyam onun azad olunması ilə bağlı məşhur yazıçı M.Qorkiyə də müraciət edir…

Nəhayət, Zilber Bakı türməsini tərk edir və Moskvaya qayıdır. Həkimlərin təkmilləşdirmə institunda mikrobiologiya kafedrasına rəhbərlik edir. Lakin 1937-ci ildə onu yenidən həbs edirlər. Bu dəfə isə Moskva sakinlərinin zəhərlənməsində – içməli su kəmərinə ensefalitin maddəsi buraxmaqda ittiham edirlər. Kaverin qardaşının azad olunması üçün yenə də yuxarı orqanlara yollar axtarır. Yazıçılar İttifaqının birinci katibi Vladimir Stavski bu xahişi NKVD rəhbəri Beriyaya çatdırır. İki il həbsxanada qalan Zilber nəhayət ki “azad edilir”. İstintaq zamanı ağır işgəncələrə məruz qalan alim həbsxanadan buraxılır və dərhal sonra sürgünə göndərilir. Sürgün düşərgəsində olduğu müddətdə isə pellaqra xəstəliyinə qarşı preparat hazırlamağa müvəffəq olur.

Nəhayət, 1939-cu ildə Zilber SSRİ Xalq Səhiyyə Komissarlığının Epidemiologiya Mərkəzi institutunun virusologiya şöbəsinə müdir təyin edilir. Lakin bir il sonra yenidən həbs olunur. Bəzi məlumatlara görə, bu dəfə bioloji silahın hazırlanmasında iştirakdan imtina etdiyinə görə alim dəmir barmaqlıqlar arxasına göndərilib. O, bu səfərində xərçəngin mənşəyinin təhqiqatı ilə məşğul olmağa başlayıb. Doğmaları və dostları alimin azad edilməsi üçün əllərindən gələni etməyə çalışblar. Onların bu səyləri 4 ildən sonra reallaşıb. 1944-cü ildə həbsxanada buraxılan Zilber tezliklə SSRİ  tibb elmləri Akademiyasının həqiqi üzvü seçilib. Xərçəngin mənşəyinin təhqiqatı nəzəriyyəsinə görə Stalin tərəfindən mükafatlandırılıb. Həmin ərəfədə Venyamin Kaverin də “İki kapitan” romanına görə Stalin mükafatına layiq görülüb.

Ömrünün son günlərinə qədər Zilber səmərəli və bacarıqlı şəkildə işləyib. Məqalələr yazıb, monoqrafiyaları dərc olunub, ABŞ, İtaliya, Fransa, Yaponiya və digər xarici ölkələrdə elmi konfranslarda məruzələrlə çıxış edib,  Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib.   /Virtualaz.org/

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri