02 İyun 2020 03:35

DİN sərxoş halda xidmətə çıxan polislə bağlı açıqlama yaydı – RƏSMİ (VİDEO)

Daxili İşlər Nazirliyi Qusarda içkili vəziyyətdə xidmət aparan polislə bağlı məsələyə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:
“O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.
Qeyd edək ki, sosial şəbəkələrdə Qusarda polis əməkdaşının sərxoş vəziyyətdə xidmət aparması barədə görüntülər yayılıb.
Həmin videonu təqdim edirik:
(oxu.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri