27 Oktyabr 2020 07:45

Dünya iqtisadiyyatı repressiyaya doğru: ABŞ-dan dünyaya yayılacaq böhran

Yeni növ koronavirusun ən çox zərər verdiyi sahə iqtisadiyyat oldu.

Artıq dünyanın dərin iqtisadi böhrana doğru sürətlə irəliləməsi görülür.

Belə bir məqamda “Moody’s” beynəlxalq reytinq agentliyinin analitik bölməsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatını təhlil edib, mövcüd və gözlənilən risklərlə bağlı proqnozlarını açıqlayıb.

Belə ki, agentlik yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində ABŞ ştatlarının və federal hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər Amerika iqtisadiyyatının azı 29 faizini iflic etdiyini açıqlayıb.

Yazıda qeyd olunub ki, ABŞ-ın 50 ştatından 41-də səlahiyyətlilər sakinlərin hərəkətinə məhdudiyyətlər qoyub, ictimai iaşə obyektlərini, universitetləri, kinoteatrları, gözəllik salonlarını, parkları və qeyri-ərzaq mağazalarını bağlayıb.

“Moody’s”in qiymətləndirməsinə görə, bu tədbirlər bu ilin mart ayının ilk həftəsi ilə müqayisədə ABŞ ÜDM-nin gündə təxminən 29% azalmasına səbəb olub.

Kaliforniya ştatında bu göstəricinin azalması artıq gündə 31,5%-ə (2,8 milyard ABŞ dolları), ABŞ ÜDM-nin təxminən 70%-nin payına düşdüyü digər 15 ştatda isə 40%-ə (12,5 milyard ABŞ dolları) çatır.

“Moody’s”in məlumatına görə, daha 30 ştatın və ölkənin paytaxtın itkisi gündə 4,9 milyard ABŞ dollarına çatır.

Maraqlıdır, bu vəziyyət digər ölkələrə necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında ABŞ iqtisadiyyatında baş verənlərin dünyaya ciddi şəkildə mənfi təsir edəcəyini deyib:

“Dünyanın artıq böhrana düşəcəyi qaçılmaz faktdır. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı artıq ssenarilərini açıqlayıblar. Həmin ssenarilərlə tanış olanda məlu olur ki, artıq dünyanın repressiyadan qaçmaq şansı demək olar yoxdur. Çünki dövlətlərin bir çoxunda karantin varsa, bu istehlaka mənfi təsir göstərir. İstehlak azaldıqca, iş yerləri qapandıqca, artıq istehsala da tələb azalır və dünya ÜDM-nin zəifləməsinə səbəb olur. ABŞ-da baş verənlər isə çox ciddi prosesdir. Çünki dünya iqtisadiyyatın ən az üçdə biri məhz ABŞ-dan asılıdır. Obrazlı bir ifadə var: “ABŞ iqtisadiyyatı asqıranda bütün dünya sətəlcəm olur”. İndi də belə bir vəziyyətdə ABŞ-dan iqtisadiyyatın zəfiləməsi zəncirvari olaraq bütün dünyaya yayılacaq. Bu yayılmadan isə ən çox ziyan çəkən isə inkişaf etmiş ölkələr olacaq. Çünki onların iqtisadiyyatı daha böyükdür. İnkişaf etməkdə olan ölkələrə isə başqa sferada zərər dəyir. Çünki bəzi ökələrdə xidmət sahəsi daha geniş yayılıb. Məsələn, turizm sektoru bu il üçün artıq itirilmiş il olaraq tarixə düşəcək. Hətta post-virus dövründə belə, turizmin canlanması gözlənilmir. Neftdən asılı olan ölkələrinə isə başqa cür təsir edəcək. Çünki dünya iqtisadiyyatın daralması neftə təlabatı azaldır. Demək olar ki, hər həftə neftə olan təlabatın kəskin azalmasının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, həm ABŞ, həm də dünya iqtisadiyyatında baş verənlər dərin repressiyanın gələcəyini göstərir”.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri