30 May 2020 15:35

Koronavirusdan ölənlər bu adada dəfn olunacaq – Fotolar

ABŞ-da koronavirus pandemiyası səbəbindən ölənlərin sayı artmaqdadır.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, artıq bu səbəbdən 3 485 nəfərin dünyasını dəyişdiyi Nyu-Yorkda morqlarda yer qalmayıb.

Şəhər rəhbərliyindən dünən edilən açıqlamada ölülər üçün yer çatışmazlığı səbəbindən onların müvəqqəti olaraq parklarda toplu şəkildə basdırılacağını bildirilmişdi.

İnsanların buna etriaz etməsindən sonra ölülərin parklarda yox, Nyu-York şəhərinin yaxınlığında yerləşən Hart adasında basdırılması qərara alınıb.

Artıq bu məqsədlə həmin adada müvəqqəti qəbirlərin qazılmasına başlanılıb. Qeyd edək ki, bu adada 1918-ci ildə yayılan İspan qripi səbəbindən ölənlər də toplu şəkildə dəfn olunmuşdu.

Eyni zamanda Hart adası müxtəlif müharibə dövrlərində raket sahəsi və həbsxana məqsədi ilə istifadə olunub. /Demokrat.az|

Koronavirusdan ölənlər bu adada dəfn olunacaq - Fotolar
Koronavirusdan ölənlər bu adada dəfn olunacaq - Fotolar

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri