02 İyun 2020 01:58

Pərvin Kərimzadə: Əfv aktı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi

Adətən ölkəmizdə əlamətdar tarixi günlərdən, bayramlardan əvvəl Prezident İlham Əliyevin humanizm siyasətini təsdiqləyən əfv sərəncamları imzalanır, müəyyən səbəblər üzündən cinayət törədərək, azdlıqdan məhrum olan insanlar azadlıqlarına qovuşardılar. Bu dəfə fərqli vaxtda – koronavirus pandemiyası kabusunun insanları təhdid etdiyi bir vaxtda ölkə başçısı tərəfindən əfv sərəncamı imzalandı.

Turkustan.info bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat bildirib ki, dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və ailə üzvlərinin əfv haqqında müraciətləri, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq imzalanan əfv sərəncamı Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin növbəti təsdiqi oldu:

“Belə bir çətin vaxtda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi dövlətin humanizm prinsiplərinin, dəyərlərinin yüksək həddə olduğunun göstəricisinə çevrildi. Prezident İlham Əliyevin imzaladığı sərəncam cinayət törətmiş şəxslərə qarşı humanizm addım olmaqla yanaşı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi. Koronavirus təhlükəsindən qorunmağa fokuslanan insanlar əfv aktını ruh yüksəkliyi ilə qarşıladı. Əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, üçün atılan addımın dövlətin humanist siyasətinin, vətəndaşa verilən diqqət və qayğının ardı-arası kəsilməyən nümunələrindən biri kimi qəbul edildi”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri