26 Noyabr 2020 11:14

“Bakı işğal olunmuş ərazilərdə koronavirusla bağlı siyasi təşəbbüsü ələ almalıdır” – Politoloq

“Koronavirus dünyanın oturuşmuş qaydalarını dəyişən, qloballaşmaya tamamilə yeni bir fon verən hadisə kimi qiymətləndirilir. Koronavirusla bağlı ən çox diqqətdə olan region Cənubi Qafqaz regionudur”.

Turkustan.info bildirir ki, bu sözləri Yenisabah.az saytına açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. Qeyd edib ki, virusla bağlı vacib olan məsələlərdən biri də münaqişəli regionlarda baş verən hadisələrdir: “Dnestryanı bölgədə Moldova pandemiya ilə əlaqədar bütün bariyerləri aradan qaldırıb. Yəni, Dnestryanı bölgə istədiyini Moldovadan ala bilər. Gürcüstanın prezidenti S.Zurabişvili Ümumdünya Səhiyyə Təşkilatına müraciət edərək, onların ekspertlərini Abxaziyaya gətirdib, bölgədəki vəziyyəti tədqiq etdirdi. İş elə gətirib ki, koronavirusa yoluxmaqdan şübhələndikləri üçün bu gün artıq iki Abxaziya sakini Gürcüstan hökumətinə  müraciət edib. Rəhbərliyin göstərişilə onlar Potidəki xəstəxanalarda yerləşdirilib. Hər iki prizmadan Azərbaycanın rolu olduqca vacibdir. Avrasiya materikində gələcəkdə tranzit-kommunikasiya məsələlərinin necə davam edəcəyi Azərbaycandan çox asılıdır. Çünki Azərbaycan Gürcüstanla birlikdə mterikin qapısı olan dövlətdir. O cümlədən, Azərbaycanın işğal olunmuş ərazisi var. Dağlıq Qarabağ BMT sənədlərinə görə bizim ərazimizdir. Bugünədək heç bir dövlət, hətta Ermənistan özü də Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını təkzib edə bilməyib. Bəli, inkarçılıq mövqeyi tutublar, beynəlxalq hüququ tapdalayıbalr, amma heç bir erməni prezident deməyib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi deyil. Hazırkı vəziyyətdə koronavirusla mübarizədə əldə etdiyimzi uğur bizim Qarabağ məsələsində əldə edəcəyimiz uğura çevrilə bilər. Ona görə də dövlətin, Prezidentin, Nazirlər Kabinetinin karantinlə bağlı çağırışlarına hamılıqla əməl etməliyik. Yaxşı olar ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah koronavirusla bağlı Dağlıq Qarabağdakı vəziyyətə dair də vaxtaşırı məlumatlar yaysın. Dünya görməlidir ki, Azərbaycan koronavirusla əlaqədar bütün tədbirləri görməyə hazırdır”.

Politoloq qeyd edib ki, Azərbaycan virusun yayıldığı azsaylı ölkələrdəndir ki, donor qismində çıxış edir: “Aktiv dövrdə Çinə yardım göstərildi. Həmçinin ÜST-ə 5 milyon dollar yardım edildi. Qonşumuz İrana da 5 milyon dollar yardım ayrıldı. İndiki çətin dövrdə bu cür davranan dövlət çox azdır. Biz göstərmiyik ki, Azərbaycan öz ərazisindəki bütün dərd-bəla ilə, o cümlədən gözəgörünməz viruslarla da mübarizə aparmağa hazırdır. Biz nəzərə almalıyıq ki, münaqişəli regionlarda koronavirusla əlaqəli məsələlər siyasiləşdirilir. Buna görə də Azərbaycan rəsmiləri aktivləşməli, siyasi təşəbbüsləri ələ almalı, real addımlar atmağa hər zaman hazır olduqlarını göstərməlidirlər.

Paylaş: