06 İyun 2020 02:04

“ETKİ-nin heyəti koronavirusa qarşı aksiyalarda fəal iştirak edir” – Gülnaz Dadaşova

Bu gün bütün dünya COVID-19 – koronavirus pandemiyasını yaşayır. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir.

Möhtərəm Prezidentimiz dərhal xalqımızı tüğyan edən bu xəstəlikdən qorumaq üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə sərəncamlar verdi və bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini göstərdi. Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Bu tədbirlərdən biri də xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlardır. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən dövlət hesabına təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Onlara əlverişli şərait yaradılmış, hərtərəfli qayğı göstərilmiş, tibb heyəti tərəfindən sutka ərzində nəzarət və tibbi müayinələr həyata keçirilmişdir.

Başda mən olmaqla Elmi-Tədqiqat Kordiologiya İnstitutun bütün heyəti bu aksiyaya dərhal qoşulmuş və fəal iştirak etmişdir. Burda institutun rəhbərliyi, professor-alim heyətindən tutmuş bütün əməkdaşlarının əməyi olmuşdur. Hər kəs orda iştirak etməyə məmnuniyyətlə qatılmış və öz bilik-təcrübələrini əsirgəməmişdir. Tibb personalımız ehtiyacı olanlara kardioloji, psixoloji, terapevtik yardım göstərmişdir.

Karantində olan insanların əksəriyyəti panik vəziyyətdə, naməlum durumda olduğu üçün, hətta bəzilərində ciddi psixoloji pozulmalar yarandığı üçün onlara psixoloji yardım və dəstəyin göstərilməsi labüd idi. Buna görə onların hər biri ilə fərdi şəkildə söhbət edilmiş, vəziyyətin necə olduğu başa salınmış, çıxış yolları göstərilmişdir. Bunlarla yanaşı bütün bu hadisələr Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə kollektivimiz öz bayram əhval-ruhiyyəsini onlarla bölüşməyi özünə borc bildi, onları bayram sovqatı ilə ziyarət etdi.

Karantində olanların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razı olduqlarını, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirmişlər. Karantindəki vətəndaşlarımız tibb heyəti xüsusi geyimdə olduğu üçün, üzlərini görmədiklərinə görə onları “Gözəgörünməz qəhrəmanlar” adlandırmış, onların fədakarlıq və əzmini yüksək qiymətləndirmişlər.

Hörmətlə,
ETKİ-nin direktoru: t.e.d Gülnaz Dadaşova

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri