03 İyun 2020 11:58

Regionlarda yaşayan insanlar bu yolla yardım ala bilər – Nazir

Dövlət bu mexanizmlə kənarda qalmış şəxslərə kömək etmək istəyir. Dövlət bu gün muzdla işləyənlər üçün yeni bir dəstək paketinin hazırlığına başlayıb.

Turkustan.info xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

Nazir deyib ki, insanlar ilk öncə işsiz kimi qeydiyyatdan keçməlidir:

“İşsiz şəxslər yardım almaq istəyirlərsə ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri məşğulluq alt sistemi üzərindən işsiz şəxs kimi qeydiyyatdan keçməlidirlər. Bunun görə biz onlar üçün elektron imkanlar da yaratmışıq. Bu portallar ilə onlar qeydiyyatdan keçə bilərlər”.

Sahil Babayev regionlarda yaşayan insanların yardım paketindən necə faydalana biləcəklərindən danışıb:

“Kiminsə internetə çıxışı yoxdursa, xüsusən də regionları nəzərədə tuturam onlar aid olduqları rayon üzrə məşğulluq xidmətlərinə müraciət edib özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçə bilərlər.

Şəxslərin işsiz kimi qeydiyyata alınmasından sonra onların müəyyən kriteriyalar üzrə yoxlanmasına başlanacaq. Bu elektron sistemler üzərindən yoxlanacaq. Burda da məqsəd müraciət edən şəxsin sosial yardım alıb-almamasını dəqiqləşdirməkdir”.  /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri