28 Oktyabr 2020 12:51

Umud Mirzəyev vətəndaşları sosial həmrəyliyə çağırdı – İndi vətəndaş dövlət həmrəyliyi zamanıdır

Xəbər verdiyimiz kimi ötən günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Azərbaycan hökumətinin xüsusi karantin rejimi üçün hazırladığı sosial paket və işsiz vətəndaşlara veriləcək iki aylıq, birdəfəlik ödənişlərlə bağlı açıqlamaları ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub. Mövzunun aktuallığını nəzərə alaraq Ednews.net məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) prezidenti Umud Mirzəyevdən eksklüziv müzahibə alıb:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci il prezident seçkilərindən sonra həyata keçirilən islahatlar proqramının ilk istiqamətləndiyi sektor sosial müdafiə sektoru idi. Bu minvalla dövlət başçısı savadı, peşəkarlığı və dürüstlüyü ilə seçilən Sahil Babayevi 21 aprel 2018-ci ildə ƏƏSM naziri təyin etdi. Sahil Babayevin dövründə nazirlikdə həyata keçirilən struktur dəyişiklikləri qurumda şəffaflığın təmin edilməsi və vətəndaşlara göstərilən xidmətin effektivliyinin artırılması baxımından yüksək qiymətləndirilməlidir. Bu gün nazirlikdə həyata keçirilən islahatlar, görülən işlər sayəsində korrupsiya və rüşvətxorluq hallarının qarşısı müvəffəqiyyətlə alınıb, xoşagəlməz hallar minimuma endirilib. Təkcə son 1 il ərzində nazirliyə ayrılan büdcədən saxta əlillik və digər yollarla oğurlanan 200 milyon manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb. Pandemiyanın geniş vüsət aldığı bir dönəmdə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində  məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətləri üzrə nəzərdə tutulan 394 milyon manatın, 203 milyonu da Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən ayrılır. Bu gün karantin dövründə ƏƏSMN 2 milyon 300 min insana birbaşa xidmət edir, demək olar ki, 24 saat dayanmadan fəaliyyət göstərir.”

U.Mirzəyev 190 manatlıq birdəfəlik ödənişlər barədə bunları deyib:

“Bu gün hökumətin epidemiya dövründə vətəndaşların sosial rifahını düşünərək həyata keçirdiyi tədbirləri görünür bir çoxları tamamilə yanlış anlayıb. Əvvəla dövlət vətəndaşlara sadəcə 190 manatlıq vəsait ayırmayıb. Nazir Sahil Babayevin də qeyd etdiyi kimi 190 manatlıq yardım sadəcə işsiz vətəndaşları əhatə edir və ümumilikdə 70 milyon manat bu şəxslərə yardım üçün ayrılıb. Bütövlükdə ayrılan vəsait isə 395 milyon manatdır. Yəni, yardımlar sadəcə 190 manatla və işsizlərlə kifayətlənmir, digər sosial qruplar üçün də muvafiq yardımlar həyata keçiriləcək”

Vətəndaşları daha çox maraqlandıran məsələlərdən biri isə ailəsində bir nəfər maaş və ya təqaüd alan işsiz vətəndaşlara 190 manatlıq yardımın şamil edilməməsinin səbəbidir. Bunu BAMF prezidenti belə izah edib:

Əvvəla onu qeyd etmək lazımdır ki, 190 manatlıq iki aylıq yardım paketi heç bir rəsmi iş yeri, aylıq gəliri olmayan vətəndaşlara şamil edilib. Hökumət bu yardımı sadəcə o vətəndaşlara ünvanlamaq istəyir ki, bu şəxslərin özünün və ailəsinin heç bir gəlir mənbəyi yoxdur. Pandemiya şəraitində iqtisadiyyatımızda yaşana biləcək durğunluq belə ailələrə böyük zərər vura bilər. Pandemiyadan öncə heç bir rəsmi iş yeri olmayan şəxslər bəzən günəmuzd, bəzən də qeyri-rəsmi, müqaviləsiz üsulla müxtəlif yerlərdə çalışır, özlərini, ailələrini dolandırırdılar. Hökumət nəzərə alır ki, bu gün xüsusi karantin şəraitində bir çox iş yerləri bağlanıb. Bu durumda özü və ailəsi dövlətdən maaş almayan şəxslərin minimum ehtiyaclarını ödəmək üçün dövlət 190 manatlıq yardım paketi ayırır. Buradakı məqsəd ünvanlılıq prinsipini qorumaq və sadəcə o pula hədsiz ehtiyacı olan şəxslərə yardım edə bilməkdir. Bundan başqa bu qərardan digər kateqoriya insanlar da eləcə də muzdla işləyənlər, kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaşlarımız da faydalanacaqlar. Bu cür humanist qərarın dərindən təhlil edilmədən sərt tənqid edilməsini doğru hesab etmirəm. Sosial şəbəkələrdə bir qrup insanlar var ki, qəbul edilən qərarların mahiyyətinə varmadan, ciddi təhlil etmədən vətəndaşlarımızı çaşdıran bəyanatlar verir, açıqlamalar edirlər. Ağa qara deyirlər. Yaxşı nə varsa çamur atmağa çalışırlar. Fərqinə varmırlar ki, biz hamımız bu fəlakət dəryasında bir gəmidəyik. Bu dövlət, bu insanlar bizimkidir. Cəmiyyətdə savadlısı, savadsızı var, anlayanı anlamayanı var. Bu gün qanan qanmaza borcludur. Bəzən məsuliyyətsiz şəkildə dövlətin bütün resurslarının ortaya qoyulması, pay-puş edilməsi çağırışları səslənir. Sanki dünyanın axırı imiş… Əzizlərim, heç kim bilmir ki, bu pandemiya dövrü nə qədər davam edəcək. Biz həm resurslarımızı, həm də qəbul edilən qərarlarımızı, hərəkətlərimizi çox diqqətlə ölçüb biçməliyik. Ölkə rəhbərinin, hökumətimizin, eləcə də ƏƏSM nazirliyinin qəbul etdiyi qərarlar hamısı buna hesablanıb.”

U.Mirzəyev həmçinin vətəndaşları sosial həmrəyliyə çağırıb:

“Onun sözlərinə görə bu günlər nazirliyə müraciət edənlərin 60%-dən çoxu işsiz olmayan, əlavə gəlir mənbəyi, təsərrüfat sahəsi olan vətəndaşlardan gəlib. Doğrudan da, hazırda ehtiyacının olub-olmamasından asılı olmayaraq əksər vətəndaşlar bu yardımdan faydalanmağa çalışır.

Deyilə bilər ki, bu hər vətəndaşın haqqıdır, almalıdır. Lakin belə həssas zamanlarda vətəndaş hüquqlarından daha çox sosial həmrəylik, cəmiyyətin daha ehtiyaclı kəsiminin hüquqlarının qorunması  ön plana çıxır. Əfsuslar olsun ki, bu məsələyə doğru, düzgün yanaşmırlar. Məndə məlumatlar var ki, bəzi vətəndaşların kifayət qədər maddi ehtiyatı var, onları heç bir sıxıntı gözləmir, bahalı maşınlarda gəzir, lakin “faktiki işsizəm və haqqımdır”- deyərək, hökumətə müraciət edib 190 manatı almaq istəyir. Anlamaq lazımdır ki, belə bir dəstəyə mövcud karantin rejimində ölkəmizdə daha çox ehtiyacı olanlar var və hökumətin sonuncu qərarı da məhz həmin vətəndaşların sosial təminatına istiqamətlənib. Bu gün bütün dünya böyük bir imtahan qarşısındadır. Pandemiya təhlükəsi günü-gündən genişlənməkdə davam edir. Görülən tədbirlərə baxmayaraq hər gün bu təhlükəni daha yaxından hiss edirik. Belə bir zamanda insanlarımızın sosial həmrəyliyə, sosial məsuliyyətə, şəfqətə ehtiyacı var. Bu çətin dövrdə ehtiyacı olanlara yardım göstərmək, köməksizə kömək etmək, hər bir insanın vicdan borcudur. İndi vətəndaş dövlət həmrəyliyi zamanıdır. Biz yalnız bir-birimizi düşünərək, bir-birimizə dəstək olaraq çətinliklərin öhdəsindən gələ bilərik”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri