30 May 2020 16:42

Bu dini icma koronavirusu yayır – “Ölkə rəhbərliyi sərt tədbirlərə əl atacaq” – AÇIQLAMA

Hindistanda yeni növ koronavriusun getdikcə daha çox yayılması ehtimalı ölkə rəhbərliyini sərt tədbirlərə əl atmağa vadar edib.

Hətta dünya ölkələrinin kütləvi informasiya vasitələri Hindistanda karantin rejimini pozaraq küçələrə çıxan insanlara qarşı sərt zorakılıq tədbirlərinin tətbiq oldunğunu nümayiş etdirir. Ekspertlərin fikrincə, əhalisinin sayına görə dünyada ikinci yeri tutan Hindistanda “Covid-19” virusunun yayılma riski çox yüksəkdir. Bu isə yaxın perspektivdə Avropa ölkələrindən daha ağır faciəli nəticələrə gətirib çıxara bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin məlumatına görə, son günlər Hindistanda koronavirusa yoluxanların sayının sürətlə artmasına karantin qaydalarının pozulmasından çox müsəlmanların dini ayinlərə toplaşması səbəb olub.

Mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya verdiyi açıqlamasında bildirib ki, Hindistanda koronavirusa yoluxanların sayı Avropa ölkələrinin səviyyəsinə çatmasa da, yaramış vəziyyət Dehlidən virusla mübarizədə tədbirləri sərtləşdirməyi diktə edir:

“Hindistanda ən böyük yoluxma halı martın 31-də qeydə alınıb. Həmin tarixdə “Təbliği camaat”ın 2 min üzvü təşkilatın mənzil qərargahında toplanıb. Halbuki, Hindistan hökuməti bütün toplantıları qadağan etmişdi. Nəticədə, həmin toplantıya qatılanların 40 faizində koronavirus aşkarlanıb. Təşkilatın bundan bir neçə gün əvvəlki toplantısında isə 8 min nəfər iştirak edib. Toplantıda təşkilatın xarici ölkələrdəki iki minə yaxın nümayəndəsi də olub. Həmin toplantıya qatılan iştirakçıdan 10 nəfəri daha sonra koronavirusdan vəfat edib. Həmin toplantıda iştirak edən xarici qonaqlar isə virusu təxminən 67 ölkəyə yayıblar. Halbuki, Hindistanda 50 nəfərdən çox insanın bir yerə toplaşması qadağan edilib. “Təbliği camaat” təşkilatının toplantıları ilə əlaqədar təxminən 21 min nəfər karantin altına alınıb. Təşkilatın liderinə qarşı cinayət işi açılıb. “Təbliği camaat” təşkilatının Pakistanda da xeyli ardıcılı var. Bu təşkilat eyni toplantılarını karantin müddətində Pakistanın da müxtəlif şəhərlərində keçirib. Pakistandakı toplantılarda on minlərlə insan iştirak edib. Daha sonra həmin toplantı iştirakçıları Pakistanın bütün əyalətlərinə geri qayıdıblar. Pakistan polisi eyni ilə Hindistan polisi kimi karantin müddətində toplantılarda itşirak edənləri müəyyənləşdirməyə çalışır. Pakistandakı toplantılarda iştirak edənlərin 154 nəfərində koronavirus aşkarlanıb. Pakistanda martın sonunda “Təbliği camaat”ın bütün məscidləri və mərkəzləri bağlanıb”.

Poltoloq qeyd edib ki, “Təbliği camaat” təşkilatı 1926-cı ildə Hindistanda Məhəmməd İlyas tərəfindən yaranıb:

“Təşkilatın məqsədi özlərinin təbirincə desək, İslam dininin doğru təbliğ edilməsidir. “Təbliği camaat” siyasətə qarışmadığını və terroru rədd etsə də, bu təşkilat müxtəlif dövlətlərdə qadağan edilib. Bu sırada Rusiya və Mərkəzi Asiya dövlətlərinin adını çəkmək olar. Misal üçün Rusiya Federal Təhlükəsizlik Xidməti bu ilin fevral ayında keçirdiyi əməliyyat zamanı “Təbliği camaat” təşkilatının yeddi üzvünü saxlayıb. Moskva bölgəsində saxlanılanlardan altısı Qırğızıstan, biri isə Rusiya vətəndaşı olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib. “Təbliği camaat” təşkilatının məqsədi Rusiyada xəlifət yaratmaq olub. Qırğızıstanda “Təbliği camaat”ın 20 minə yaxın tərəfdarı var.

Maraqlıdır ki, Qırğızıstan Mərkəzi Asiya ölkələrindən yeganəsidir ki, “Təbliği camaat” təşkilatının fəaliyyətini qadağan etməyib. “Təbliği camaat” təşkilatının Pakistan və Banqaldeşdə hər il oktyabr ayında keçirdiyi toplantılara milyonlarla insan qatılır. Toplantıda alınan qərarların daha sonra digər dövlətlərə yayılmasına çalışılır. Bu zaman həmin qərarların yerlərdə icra edilməsi dövlətlərin qanunlarına zidd olur. Buna görə də təşkilatın fəaliyyətini qadağan edən ölkələrin sayı artır”.

Müşfiq Abdulla
Cebhe.info

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri