06 İyun 2020 02:39

Gülnarə Xəlilova nəfis maskalar hazırlayıb – FOTOLAR

Tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrı fəlsəfə doktoru, Azərbaycanda Qadln Sahibkarlığının İnkişafı Assosiasiyasinin (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri, “Tərəqqi” dövlət mükafatının sahibi Gülnarə Xəlilova xüsusi pambıq parçadan uzunmüddətli istifadəyə yararlı unikal maskalar hazırlayıb. Gulnarə Xəlilovanin məlumatına görə, maskalar #evdəqal kampaniyası çərçivəsində və “Evdə qal və yarat” şüarı ilə hazırlanıb.
G.Xəlilova bu barədə Turkustan.info-ya danışıb: “Hər bir yaradıcı insan koronavirusla mübarəzəyə öz töhfəsini verə bilər. Mən uzunmüddətli istifadə üçün xüsusi pambıq parçadan maskalar düzəltmək qərarına gəldim. Bu maskaları istifadədən, müvafiq yuyulmadan və dezinfeksiyadan sonra dəfələrlə istifadə etmək mümkündür, onlar öz keyfiyyətlərini və qoruyucu funksiyasını itirmirlər. Təqribən min ədəd maskanın hazırlanması planlaşdırılıb. Bu gün Xalq artisti Tünzalə Ağayeva ilə birlikdə “Sevməli” sosial aksiyası çərçivəsində maskaların bir qismini ehtiyacı olan insanlara payladıq”.
Dizayner, həmçinin ölkədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq üçün hamını evdə qalmağa, hökumət və ÜST-ün tövsiyələrinə əməl etməyə çağırdı.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdiyyətlər tətbiq edilib.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri