06 İyun 2020 01:49

Moskva ilə Ər-Riyadın “soyuq müharibəsi” bitdi – Azərbaycan neftini nə gözləyir?

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin birləşdiyi OPEK+ razılşaması yenilənib.

Videokonfrans formatında keçirilən 9-cu iclasında neft hasilatçıları gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsinə qədər azaltmaq barədə danışıqlar aparıblar.

May-iyun ayları üçün neft hasilatının 10 milyon barel azaldılması nəzərdə tutulub. İyulun sonlarından 2020-ci ilin dekabrına qədər hasilatı 8 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinə qədər isə 6 milyon barrel azaldılacaq.

Əsas azalma Səudiyyə Ərəbistanı və Rusiyanın payına düşəcək. Belə ki, hər iki ölkə hasilatı sutkada 8,5 milyon barrelə qədər azaldacaq. Bu zaman Səudiyyə Ərəbistanı 4 milyon barrel, Rusiya isə 2 milyon  barrel azalmaya gedəcək. İraq hasilatı 1,06 milyon barrel, Küveyt 0,64 milyon barrel və Birləşmiş Ərəb Əmirlikləri isə 0,72 milyon barrel azaldacaq.

Liviya, Venesuela və İran kimi ağır iqtisadi və siyasi durumda olan ölkələr kvotadan tam azad olunublar.

Azərbaycana gəldikdə isə ölkəmiz mayın 1-dən iyulun 1-dək  gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. 2020-ci ilin iyul-dekabr aylarında  gündəlik istehsalını 587 min barrel səviyyəsində, 2021-ci ildən 2022-ci ilin aprelinədək isə 620 min barrel həcmində saxlamaq öhdəliyini götürüb.

Fitch şirkətinin təmsilçisi Yuri Barsukov isə OPEK+ razılaşmasının neft qiymətlərini 40-50 dollar səviyyəsinə gətirə biləcəyini təxmin edir. Onun fikrincə, Azərbaycanın “Azərlight” makalı nefti, Qazaxıstan və Nigeriyanın yüngül neft markalı ilə birlikdə daha çox bahalaşacaq.

 “Təbii ki, danışıqlar fonunda neftin 3% dəyər itirməsi xoş deyil. Amma neftin 40-50 dollar səviyyəsində möhkəmlənməsinə 2 həftə vaxt tələb olunur. Hər şey pandemiyanın yayılma sürəti və neftə olan tələbatın ödənilməsindən asılı olacaq”.

OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı dünya bazarlarında martın əvvəllərindən kəskin azalma ilə üzləşnə neft hasilatının həcmini saxlmağa yönəlib.

“Koronavirus yolunda hər şeyi dağıdan gözə görünməz heyvandır. Martın 6-dakı sonuncu görüşdən sonra isə xəstəlik neft bazarında tələb və təklif arasındakı fundamental göstəriciləri darmadağın edib”-deyə OPEK-in Baş katibi Məhəmməd Barkindo açıqlama verib.

Aprelin 10-da növbədənkənar videoiclas keçirəcək “Böyük 20-lik” ölkələrinin energetika nazirləri razılaşma ilə bağlı son qərarlarını verməlidir. Buna qədər, ABŞ-ın energetika naziri Den Bruyet tələbatın azalmasına görə, neft hasilatını 2 milyon barrel azaltdıqlarını və bundan sonra daha da azaltmayacaqlarını deyib.

Rystad Energy şirkəti isə hasilatın 10 milyon barrel azaldılmasının bazar üçün kifayət etməyəcəyi fikrindədir.

“10 milyon barel azalma qısa müddət üçün bazara təsir edəcək. Neftin bazarda çox qaldığın anlayanlar razılaşmadan məyusdur”.

“Goldman Sachs” şirkətinin proqnozlarına görə, dünya bazarlarında 20 milyon barrel izafi neft var və kvotaların məhz bu miqdarda azadılacağı təqdirdə qiymətlərin stabilləşəcəyini təxmin edir.

ABŞ prezidenti Donald Tramp isə ölkənin enegetik sektorunun çöküşünün qarşısını almaq üçün neft qiymətlərinin bahalaşmalı olmasını önə çəkib.

“İndi neft 23-25 dollar arasındadır. OPEK+ razılaşma əldə etsə bu qiymətlər qalxacaq. Bizə neftin bahalaşması lazımdır ki, energetika sektorundakı şirkətlər müflisləşməsin. İşçilərini ixtisar etməsin. 2-3 həftə əvvəl neftlə bağlı vəziyyət çox bərbad olsa da, indi qiymətlər yüksəlir”. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri