31 Oktyabr 2020 21:16

“Afaq Bəşirqızının tərbiyəsini Söylü korlamışdı“ – Qubad İbadoğlu

“Sosial şəbəkədə Afaq Bəşirqızını qınayan çoxlu yazılar gördüm. Önun xalqın indiki çətin psixoloji və sosial durumda, əhalinin virusla yanaşı hakimiyyətin biganəliyə görə əsəblərinin tarıma çəkildiyi şəraitdə kəndçi şəhərli bölgüsü yaradan birincini təhqiredən açıqlamalarını təkrarlamaq istəmirəm. Hesab edirəm ki, biz ona “Bəxt üzüyü” filmində yaratdığı və məşhurlaşdığı Söylü obrazı ilə kəndçiləri aşağılayanda etiraz etməliydik”.

Turkustan.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Ekspert fikirlərini belə davam etdirib:

“Amma onun bu obrazı əksinə xalqda ona rəğbət yaratdı. Çünki, xalqa bölücülük yad deyildi, ona qədər regionlar, kəndlə şəhər, qadınla kişi arasında bölücülük inkişaf edib, xəstəliyə çevrilmişdi. Elə bu da Afaq Bəşirqızının tərbiyəsini korlamışdı. İndi də həmin bölücü düşüncə ilə mətbuata dediklərimdən peşman deyiləm açıqlamasını verir”.

Qubad İbadoğlu bildrib ki, aktirisa layiq olmadığı titulları daşıyır:

“Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (1993) “Şöhrət” ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru kimi layiq olmadığı tutulları daşıyan aktrisa görünür ki, komik tərzdə fikir bildirib, hakimiyyətin siyasətinə dəstək verməklə hakimiyyətdə olan şəhərlilərin rəğbətini qazanmaq istəyib, amma buna nə aktyorluq qabliyyəti, nə siyasi yetkinliyi, nə də insanı keyfiyyəti çatmayıb. Bax, bu onun faciəsidir. Faciə odur ki, açıqlaması ziyanlıdır və uğursuz zamanda verilib. Hazırda əsl ziyalı xalqı birliyə çağırardı, vəhdətdən, həmrəylikdən, dəstəkdən danışardı.

Amma heç şübhəsiz ki, onun da bu hakimiyyətdən umduğu nələrsə var, bəlkə Milli Məclisə seçilmək istəyir, bəlkə istəyir ki, hardasa rəhbər olsun, bəlkə yenə ev almaq istəyir. Belələrinin xislətini bilmək çətin deyil, ardıcıl izləsəniz, bu xətti görə bilərsiniz, şəklindən də seçmək mümkündür, lap deputat kimi oturub, danışığı da heç onlardan fərqlənmir”.

Xatırladaq ki, dünən yayılan müsahibəsində “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük”. –deyə  A.Bəşirqızı  bildirmişdi.  /Yenisabah.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri