27 Oktyabr 2020 10:40

Nazirlik rəsmisindən 190 manat birdəfəlik ödənişlə bağlı AÇIQLAMA – VİDEO

2020-ci ilin 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə işsiz kimi qeydiyyata alınan şəxslər də birdəfəlik ödəmələr alacaqlar.

Turkustan.info bildirir ki, son günlər işsiz şəxslərin birdəfəlik ödəmə almaq üçün hansı şəkildə müraciət etmələrinə dair məlumatlar paylaşılır. Lakin buna baxmayaraq, bəzi vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqlarını deyirlər.

Məsələ ilə bağlı redaksiyamıza müraciət edən şəxslər bildirirlər ki, nə etibarlılıq müddəti bitən, nə də bitməyən şəxsiyyəti təsdiq edən sənədin nömrəsi sistem tərəfindən tanınmır.

Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Oxu.Az-a açıqlamasında deyib ki, bununla bağlı problem yaşanmamalıdır:

“Şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb. Bu barədə KİV-də və sosial şəbəkələrdə geniş məlumat verilib.

İşsiz kimi qeydiyyata alınmaq üçün müraciət edilməsində çətinliklərin olması barədə deyilənlərə gəldikdə isə, bildirmək istərdim ki, müraciət üçün vətəndaşlara üç üsul təqdim edilib. Bununla bağlı məlumatlandırıcı videoçarx hazırlanıb və media vasitəsilə ictimaiyyətə təqdim olunub. Göründüyü kimi, işsiz şəxslərin heç bir çətinlik çəkmədən qeydiyyatdan keçmələri üçün müraciət imkanları var”.

Birdəfəlik ödəmə ilə bağlı müraciət aşağıdakı qaydada aparılmalıdır:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq, “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.

2. Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaqla. Bu zaman müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.

3. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.

Xatırladaq ki, aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib. İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Vətəndaşların müraciət prosedurları ilə bağlı hazırlanan və daha öncə də yayımlanan videoçarxı bir daha təqdim edirik:

(oxu.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri