10 İyul 2020 00:50

Bakıda oğurluq edən ermənilərin şok əməlləri: Toyuq, ördək… – Təfərrüat

Bakının Suraxanı rayonunda oğurluq edən erməni əsilli Azərbaycan vətəndaşları 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və onun qardaşı, 1971-ci il təvəllüdlü Elçin Danilyanın barəsində həbs qətimkan tədbiri seçilib.

Turkustan.info teleqraf.com-a istinadla xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanının vəsatəti əsasında qərar verilib.

Hər iki qardaşın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 9-na keçən gecə Yeni Suraxanıda baş verən oğurluq hadisəsi zamanı Rövşən Cəfərov və Elçin Danilyan cinayət başında yaxalanıblar.

Bakı şəhər sakini Könül Əhmədovanın evinin həyətindən 220 manat dəyərində 8 toyuq və iki ördək oğurlandığı üzə çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, aprelin 8-də saat 08 radələrində Firdovsi Həsənovanın həyətindən də altı toyuq oğurlanıb.

Hər iki qardaşın əvvəllər narkotik maddə oğurlamaq və saxlamaqda ittiham olunduğu müəyyən edilib. Bundan əlavə, onların narkotik istifadə etdikləri ortaya çıxıb.

Bu onların iştirak etdiyi yeganə oğurluq hadisəsi deyil. Bu günə kimi onların 31 dekabr 2019-cu ildə, həmçinin 23 və 27 yanvar 2020-ci ildə Bakıda quş oğurluğunda iştirakı sübuta yetirilib. Saxlanılanlar əməllərini etiraf edərək, oğurladıqlarını bazarda satıldığını söyləyiblər.

Əldə olunan məlumata görə, qardaşlar milliyyətcə ermənidirlər. Rövşən evləndikdən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həyat yoldaşının soyadını saxlayıb.

Elçin Danilyan isə soyadını dəyişməyib.

İstintaq orqanı tərəfindən hər iki qardaşın barəsində Cinayət Məcəlləsinin 177.2.3; 177.2.1-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb.

İstintaq davam edir.

Qeyd edək ki, bu barədə ilk məlumatı Oxu.az saytı yayıb.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin