26 Oktyabr 2020 03:06

“Türk Şurası böyük potensiala sahibdir” – Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü və ölkədəki movcud durum ilə bağlı Moderator.az saytına müsahibə verib.
Turkustan.info müsahibəni təqdim edir:
– Gunay xanım, cənab Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə baş tutan Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş videokonfransında diqqətinizi ən çox cəlb edən nə oldu?
-Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçən il keçirilən VII Bakı Sammiti çərçivəsində Şuraya sədrlik Azərbaycana keçmişdir. Aprel ayının 10-da Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqaladə Zirvə görüşü gerçəkləşdirildi. Şübhəsiz ki, bu, sözün əsl mənasında tarixi bir hadisədir və bir neçə tərəfdən yüksək qiymətə layiqdir. Birincisi, bu Türk Dünyası ölkələri arasında bir ilk oldu, çünki baxın, bu müddət ərzində və hətta ondan da öncəsini götürsək, pandemiyaya həsr olunmuş müxtəlif videokonfranslar keçirilirdi. Lakin, bunun dövlət başçıları səviyyəsində keçirilməsi bir ilkdir və bütün dünyaya bir nümünə oldu. Digər tərəfdən isə, türkdilli dövlətlərin başçıları öz ölkələrində yaranmış vəziyyətlə bağlı məlumatlarla bölüşdülər və pandemiya ilə birgə mübarizəyə qarşı Bəyannamə imzaladılar. Bu da dünyaya bir mesaj oldu – birlik, həmrəylik və qardaşlıq mesajı.
-Hər şərdə bir xeyir var, bəşəriyyəti təhdid edən bu pandemiyanın Türk Cümhuriyyətlərinin bir-birinə daha çox ehtiyacları olduğu həqiqətini də üzə çıxardığını iddia etmək mümkünmü?
-Əlbəttə, dediyim kimi, qardaşların bir ailədə bir-birinə nə dərəcədə ehtiyacı varsa, o dərəcədə. Çünki, söhbət eyni kökə, tarixə və milli-mənəvi dəyərlərə malik olan ölkələrdən gedir. Hətta deyə bilərəm ki, bu ehtiyacdan daha çox birbirinə güvən və etimaddır.
-Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin bu videokonfransa qatılmasını Türk Şurasının mötəbərliliyinə verilən qiymət hesab etmək olarmı?
-Bəli, həm Türk Şurasına, həm də Türk Şurasına üzv və müşahidəçi olan dövlətlərə. Çünki, onların hər biri dünyada öz mühum yerini tutan dövlətlərdir və Türk Şurası bu mənada böyük bir potensiala sahibdir.
– Statistik nəticələrə baxanda koronavirusdan ən az zərər görən Türkdilli ölkələrdir. Siz bunu nə ilə əlaqələndirirsiniz?
-Əvvəla, pandemiya başlayan kimi, dövlət başçıları dərhal öz xalqlarına müraciət etdi, ölkələrdə mütləq olan izolyasiya tədbirləri görüldü, bir-birinə təmənnasız yardım etdilər. Digər tərəfdən, türkdilli xalqlar hər zaman öz səliqəsiylə, daxili təmizliyə riayət etməsi ilə fərqlənib. Baxın, su, od, həmişə onların məişətində çox ciddi rol oynayıb. Bilirsiniz, bu bir mədəniyyətdir. İnsanın daxili mədəniyyəti.
-Dünyanın inkişaf etmiş ölkələrində yaşayan Azərbaycanlılarla danışanda bildirirlər ki, koronavirus geniş kütləni əhatə etdikdən sonra o ölkələrdə karantin rejimi elan olunub. Bu baxımdan Azərbaycan höküməti cəld tərpənərək ciddi addımlar atdı. Necə hesab edirsiniz sizcə bizim bu virusla mübarizədə az zərər görməyimizin səbəbi bu ola bilərmi?
-Azərbaycan, düşünürəm ki, bu pandemiya müddəti ərzində bir nümünə göstərdi. Dərhal, dövlət başçısının göstərişi ilə Operativ Qərargah fəaliyyətə başladı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Xəstəxana tikildi və cənab Prezidentin iştirakı ilə istifadəyə verildi. Az imkanlı ailələrə yardım əli uzadıldı, indi müxtəlif sosial proqramlar üzərində işlər aparılır. Eyni zamanda, mən, Birinci Vitse-prezident Mehriban xanımın da müraciətlərini xüsusi qeyd etmək istəyirəm, çünki hər zaman ona xas olan nəcibliyi ilə, xalqına olan sevgisiylə insanlara çağırış etdi. Bilirsiniz, ən sevindirici hal odur ki, bizim insanlar da hərə öz imkanları çərçivəsində bu yardımlara qoşuldu. Mən özüm də, bir aylıq maaşımı dərhal Dəstək Fonduna köçürtdüm.
– Koronavirus pandemiyası Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinə necə təsir etmişdir? Nə cür çətinliklərnən üzləşmisiniz?
-Biz durmuruq, biz çalışırıq. İşimiz onlayn rejimdə dəvam edir, layihələr üzərində iş aparılır, tərcümələr edilir və s.. Fond iki beynəlxalq yarışma elan etdi: “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” mövzusunda uşaqlar üçün rəsm, gənclər üçün esse yarışması. Bu yarışmaların məqsədi uşaqlarımızı və gənclərimizi öz tarixinə, adət-ənənələrinə, mədəniyyətinə daha çox cəlb etmək və gözlənilmədən yaranmış boş vaxtlarını faydalı keçirməkdir. Onlar bizə öz əsərlərini göndərəcəklər və biz seçilmiş rəsmləri xüsusi düzəldiləcək saytda onlayn şəkildə sərgiləməyə, eləcə də seçilmiş esseləri kitab şəklində nəşr etməyə planlaşdırırıq. Qaliblərə sertifikatlar və mükafatlar təqdim olunacaqdır.
Eyni zamanda, asudə vaxtdan istifadə edərək, Fondun Facebook səhifəsini yaratdıq və ora da bizim bu illər ərzində gördüyümüz və görəcəyimiz işləri, eyni zamanda da Türk Dünyasının dahi şəxsiyyətləri, tarixi hadisələri, ədəbiyyat nümunələri ilə bağlı məlumatları daxil edəcik.  Əlbəttə, təəsüflər olsun ki, müəyyən tədbirlərimiz Fondun üzv və müşahidəçi ölkələrində, həmçinin bəzi Avropa ölkələrində təxirə salınmışdır. Lakin, bu müvəqqəti bir təxirasalınmadır və inanıram ki, yaxın gələcəkdə onları keçirmək imkanına nail olacağıq.
Ümumiyyətlə düşünürəm ki, çətinliklərdən qorxmaq lazım deyil – onlar müvəqqətidir. Bilirsiniz, Fond yaranmasından etibarən bir çox çətinliklərdən keçib və keçməkdədir. Lakin, bu bizi dayandırmır. Biz işimizi sevərək, ləyaqətlə dəvam etdiririk. Çətinliklər, tam əksinə, bizi daha müdrik olmağa, mövcud vəziyyətə yenidən nəzər salmağa sövq edir. Mən əminəm ki, bu vəziyyətdən biz ən yüksək səviyyədə çıxacağıq.
-Sosial şəbəkədə dünyanın müxtəlif ölkələrinin mədəniyyət nümayəndələrinin bu virusa mahnılar həsr etdiyinin, kliplər çəkdirdiyinin şahidi oluruq. Sizcə bu sənətin özünə hörmətsizlik deyilmi?
-Yox, qətiyyən belə deyil. Çünki, düşünürəm, hərə bu çətin günlərdə bu mübarizəyə öz töhfəsini vermək istəyir. Ancaq, əlbəttə, sənətin səviyyəsini aşağı salmaq olmaz. Bu yaxınlarda Q.Qarayevin  “İldırımlı Yollarla” baletindən qızların rəqsi Fuad İbrahimovun rəhbərliyi ilə kamera okrestrının ifasında çalındı və bu çox gözəl bir ifa olmuşdu.
-Karantin günlərini necə keçirirsiniz? Qaydalara riayət edirsinizmi? Bu, günlərində oxuculara tövsiyyə etdiyiniz kitab, filmlər varmı?
-Bilirsiniz, əslində bu pandemiya bizim düşünmədiyimiz məqamları üzə çıxartdı və bizi birbirimizə daha duyarlı, daha mərhəmətli olmağı xatırlatdı. Ümumiyyətlə göstərdi ki, bizim yaşadığımız bu dünya çox zərifdir və biz öz dəyərlərimizi yenidən qiymətləndirməyə bacarmalıyıq. Məsələn, mənə ən təsiredici məqamlardan biri o oldu ki, bizim gənclər sosial şəbəkələrdə tanımadığı adamlara öz yardımlarını təklif edirdi, öz evlərində qalmağa dəvət edirdilər. Ən əsası da, bu gərgin müddət ərzində yorulmadan çalışan həkimlərə, tibb və virusa qarşı dərman axtarışında olan səhiyyə işçilərinə, hər gün insanlarla təmasda olan polislərə, rabitəçilərə, diplomatlarımıza, radio-televiziya əməkdaşlarına təşəkkür edirəm. Bu koronavirus əslində bizim hamımızı səfərbər etdi, hamımızı birləşdirdi.
Mən, bu həssas və məsuliyyətli məqamda xalqlarımızın hər bir nümayəndəsinə müraciət edərək mütaliyə etməyə və daxili dünyasını zənginləşdirməyə çağırıram. Biz, Dədə Qorqud və Manası yenidən kəşf etməklə, Nizami Gəncəvini, Əlişir Nəvaini, Məhəmməd Füzulini, Yunus Emreyi, Çingiz Aytmatovu və digər böyük simalarımızın ölməz əsərlərini evdə qaldığımız müddətdə bir daha oxumaqla, həm milli-mənəvi dəyərlərimizə sahib çıxacağıq, eyni zamanda da həmrəylik nümayiş etdirmiş olacağıq.
Günel Ələsgərova

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri