21 Oktyabr 2020 14:35

Prezidentin xəbərdarlığı kimlərə ünvanlanıb…

Prezident İlham Əliyev ötən gün 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfransda bir sıra mühüm məsələlərə toxundu. Prezident vurğuladı ki, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə göz qabağındadır. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Ölkə başçısı bildirdi ki, prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır: “Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq”.

Maraqlıdır, Prezidentin xəbərdarlığı kimlərə ünvanlanmışdı?

Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev hələ də dövlət vəsaitini mənimsəməyə çalışan şəxslərin, dövlət təşkilatlarının olduğunu bildirib:

“Yenə də bəzi vəzifəli şəxslər öz üzərilərinə düşən funksiyaları yerinə yetirmirlər. Eyni zamanda dövlət tərəfindən ayrılan vəsaiti müəyyən sövdələşmələrlə mənimsəməyə çalışan insanlar var. Prezident bundan əvvəl də bir neçə xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqdan nəticə çıxarmayan vəzifəli şəxslər həbs edildilər, cinayət məsuliyyətinə cəlb olundular. İndiki halda dövlət büdcəsinin hər qəpiyinin səmərəli xərclənməsi uğrunda mübarizə gedir. Ona görə də cənab Prezident xüsusilə vurğuladı ki, dövlətin vəsaitinə qənaətlə və səmərəli yanaşmaq lazımdır. Eyni zamanda, şişirtmələr də olmamalıdır, süni olaraq ayrı-ayrı layihələrin qiymətinin artırımasına yol vermək olmaz. Bu baxımdan ciddi bir nəzarət sistemi olacaq. Həm indiki koronavirus pandemiyası, həm də postpandemiya dövründə, neft qiymətlərinin aşağı düşdüyü zamanda dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsi çox əhəmiyyətlidir. Hər bir vəsait ölkə ehtiyaclarının israfa yol verilmədən xərclənməsinə yönəlməlidir. Vəsaitin xərclənməsinə isə müvafiq icra hakimiyyəti orqanları, dövlət korporasiyaları nəzarət edir. Yeri gəlmişkən, dövlət korporasiyları dövlət büdcəsini qeyri-səmərəli xərcləyirlər. Onlar həm vəsaitin qazanılmasında rol oynayırlar, həm də xərclənməsində”.

Ə.Nuriyev mövcud şəraitdə bəzi şirkətlərin tender keçirməməsindən də danışıb:

“Hazırki şəraitdə digər mühüm məsələ dövlət satınalmaları işinin üzərində ciddi nəzarətin həyata keçirilməsidir. İndi bəzi müəssisələr fürsətdən istifadə edib tender keçirmirlər. Yaxud da tenderləri özlərinə yaxın şirkətlərə vermələri barədə məlumat gəlir. Bununla bağlı yeni qaydalar müəyyənləşdirilməlidir. Çox vacibdir ki, bu tenderlər elektron qaydada həyata keçirilsin. Hər bir tender necə keçirildi, qaliblər kimlər oldu, nə qədər vəsait ayrıldı və.s kimi suallara cavab olaraq hesabat təqdim olunmalıdır.

“Şəffaflıq Azərbaycan” Təşkilatı olaraq biz tenderlərlə bağlı layihə həyata keçiririk. Ayrı-ayrı tenderlərlə bağlı bizə məlumat gəlir ki, onlar yaxın qohumlara, yaxın şirkətlərə verilir. Bu çox narahatedici faktordur. İqtisadiyyat Nazirliyi də bu istiqamətdə ciddi islahatlar həyata keçirir, kölgə iqtisadiyyatın ağardılması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Eyni zamanda, prezident də qeyd etdi ki, kölgə iqtisadiyyatının ağardılması üçün bizim resurslarımız var, dövlət büdcəsinə vəsaitlərin daxil olması üçün yeni maliyyə mənbələri tapılmalıdır”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri