28 Oktyabr 2020 13:12

Yeni təyinat alan nazir müavini kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

Turkustan.info xəbər verir ki, Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.

1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdədə isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

1995-1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında oxuyub, 1998-2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib.

2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi verilib.

2008-ci ilin aprel ayından ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisinin müavini, departament rəisi vəzifələrində çalışıb.

2010-cu ilin iyul ayından 2012-ci ilin noyabrına kimi Ekologiya İdarəsinin rəis müavini, 2012-ci ilin noyabr ayından bu günə kimi isə “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.

ETSN-da aparat rəhbəri vəzifəsində çalışıb.

Vüqar Kərimov Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixində imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, V. Kərimov Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifi, yeni nəşr “Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir. (konkret.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri