26 Oktyabr 2020 11:14

Elvini xəstəxana qəbul etmədi, özü müalicə olundu

Koronavirusa yoluxduğum ərəfədə 15 dəqiqəlik iş görəndə elə yorulurdum ki, sanki 15 saatdır işləyirəm. Elə can atırdım ki, gedim tez yatım. İlk günlərdə isə damağım, boğazım quruyur, damaqlarım çatlayırdı. Sümüklərim ağrıyırdı.

Turkustan.info xəbər verir ki, bu sözləri Kanadada yaşayan və koronavirusun törətdiyi xəstəlikdən yenicə sağalmış Elvin Əliyev “BBC Azərbaycanca”ya müsahibəsində bildirib.

E.Əliyev qeyd edib ki, xəstəliyə ilk yoluxduğu zamanlarda bunun adi qrip olduğunu düşünüb:

“Dostumla Nyu Yorka səfərimizdən sonra özümüzdə narahatlıq hiss etmişdik. İlk günlər ağzım, boğazım quruyur, qızdırmam olurdu. Sonradan damaqlarım çatlamağa başladı, sümüklərim ağrıyırdı. Son günlər isə ciyərlərim sancmağa başlamışdı. Ağciyərimdə sancılar başlayandan sonra narahat oldum. Bir neçə gündən sonra nəfəs problemi yaşadım. Nəfəs almaqda çətinlik çəkirdim. 10 pilləli pilləkəni çıxıb düşməkdə əziyyət çəkirdim”.

E.Əliyev bildirib ki, xəstəlik ərəfəsində heç bir müalicə almayıb:

“Həkimə müraciət etmişdim, ancaq heç bir müalicə yazmadılar. Bildirdilər ki, bunun müalicəsi yoxdur. Mən sadəcə gün ərzində çox su içirdim. 7-8 gün sonra nəfəs almağım normala döndü və qızdırmam düşdü. Həkimə müraciət edəndə bildirdilər ki, hospitala yerləşdirilsəniz də, bunun xeyri olmayacaq. Heç məni xəstəxanada yatmağı məsləhət də görmədilər. Bildirdilər ki, məndə hər hansısa respirator xəstəlik əlamətləri olsa, o zaman hospitala yerləşdirəcəklər. Həmçinin bildirdilər ki, nəfəs almaq problemi yaşasam, “911” xidmətinə zəng edim. Həkim yoxlanışından keçdikdən sonra evdə təcrid olunmuş formada yaşadım. Bizə həmçinin həkim bildirmişdi ki, qızdırmanız qalxsa belə, bacardığınız qədər dözün ki, qızdırma bədən immunitetinizi qaldırsın. Mənə bildirdilər ki, 72 saatı simptomsuz keçirsək, bu o deməkdir ki, artıq koronavirus sizin bədəninizdən çıxmış sayılır”.

E.Əliyev bildirib ki, ev şəraitində özünü təcrid etmək və çoxlu maye qəbul etməklə xəstəliyə qalib gələ bilib.  /Axar.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri