31 Oktyabr 2020 06:08

Karantin 15 gün də artırılmalıdır! – “Təhlükəli ola bilər…”

Dünyanın bir çox ölkəsində koronavirus pandemiyasının səngiməyə başladığı elan olunub. Bunların sırasında ABŞ, Almaniya, Türkiyə kimi ölkələrdə artıq zəifləmə qeydə alınıb. Türkiyənin səhiyyə naziri xəstəliyin 4-cü həftəsində ən yüksək həddə çatdığı və bundan sonra azalma müşahidə olunduğunu bildirib.

ABŞ-da da 10-cu həftədə azalma qeydə alınıb. Prezident Donald Tramp bildirib ki, artıq Nyu York şəhərində yeni yoluxmalarda azalma qeydə alınıb, Detroyt və Denver kimi şəhərlərdə isə sabitlik yaranıb. Hyuston, Yeni Orlean xəstəlik sayı azalmağa başlayıb. O, artıq koronavirusun ABŞ-da zirvə nöqtəsini keçdiyini bildirib.

Bu səbəbdən də ABŞ-da mayın 1-dən əvvəl iqtisadi fəaliyyətləri bərpa edə biləcək.

Almaniya da ktirik mərhələni arxada qoyduğunu, mayın 3-dən sonra məktəblərin mərhələli şəkildə açılacağı elan olunub.

Azərbaycanda da xüsusi karantin rejimi aprelin 20-də bitir. Karantin müddətinin artırılıb-artirilmayacağı hələ ki, dəqiq bəlli deyil. Bununla bağlı müzakirələrdə fərqli mövqelər var. Bir qism hesab edir ki, karantin müddəti artırılmalı, ən yaxşı halda qaydalar bir qədər yumşaldılmalıdır. Digər qism isə ötən həftə ilə müqayisədə yoluxma halının azaldığını əsas gətirərək buna ehtiyac duymur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan deputat Musa Quliyev hesab edir ki, yoluxma halı azalsa da, arxayınlaşmaq doğru deyil:  “Başqa ölkələr nə qərar qəbul edirlərsə, bu, onların daxili işidir. Bu, çox ciddi, hətta mən deyərdim ki, ölkənin milli təhlükəsizlik məsələsidir. Burada nəsə tələsik qərar vermək, yaxud qonşu ölkələrdə atılan addımları təkrarlamaq təhlükəli ola bilər.

Bizim uğurumuzun başında duran əsas səbəb cənab Prezidentin bu məsələdə Azərbaycanın xarakterini, sosial-iqtisadi inkişafını, səhiyyə sistemini, xaricdəki əlaqələri göz önünə alaraq qurduğu strategiyadır. Bu gün Azərbycanda koronavirusa yoluxmanın kütləvi hal almaması bu strategiyanın nəticəsidir.

Uğurumuzun bir səbəbi də prosesin bir mərkzədən idarə olunmasıdır. Bu cənab Prezidentin xidmətidir. Bəzi ölkələrdə, məsələn, elə İtaliyada yoluxma və ölüm hallarının kütləvi xarakter alması prosesdə özəl və bələdiyyə sektoruna üstünlük verilməsilə bağlı idi ki, bu da özünü doğrultmadı. Fövqəladə vəziyyətlərdə dövlətin səfərbərlik  funksiyası önə çıxır və bir mərkəzdən idarə olunma daha uğurlu nəticələrə gətirib çıxarır.  Biz də pandemiya dövründə bunun şahidi olduq. Hansı ölkələrdə ki, proses bir mərkəzdən idarə olunurdu, orada yoluxma və ölüm halları az oldu. O cümlədən də Azərbaycanda”.

Musa Quliyevin fikrincə, karantin müddətinin daha 15 gün artırılması məqsəduyğundur. “Bir həkim kimi hesab edirəm ki, bu tezliklə karantindən imtina etməməliyik. “Karantin” italiyan sözüdür və mənası “40 gün” deməkdir. Qədimdən infekisyanın başlaması və lokallaşması 40 gün çəkir. Təsadüfi deyil ki, körpə uşaqların da yanına 40 gün heç kimi buraxmırlar. Bu baxımdan, hesab edirəm ki, karantin müddətini 10-15 gün artırmaq daha yaxşı olardı. Cənab Prezident də son müşavirəsində qeyd etdi ki, uğurlarımız bizi arxayınlaşdırmamalıdır.

Başa düşürəm çətindir. İnsanlar darıxır, yaz da gəlib, hamı küçəyə çıxmaq istəyir. Amma 15 gün səbr etməklə ilboyu əziyyət çəkməkdən qurtula bilərik”, – deyə deputat vurğulayıb.

 

Karantin 15 gün də artırılmalıdır! – “Təhlükəli ola bilər…”

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri