22 Oktyabr 2020 10:28

190 manat müavinəti almağa gedən şəxslər icazə müddəti bitdikdə cərimələnir? – AÇIQLAMA

Sosial şəbəkələrdə işsiz şəxslərə verilən 190 manat müavinəti almağa gedən şəxslərin polis tərəfindən cərimələndiyinə dair məlumatlar paylaşılır.

Turkustan.info xəbər verir ki, paylaşımlarda cərimələnməyə səbəb karantin qaydaları çərçivəsində vətəndaşlara küçəyə çıxmaq üçün verilən icazə müddətinin bitməsi göstərilir. Vətəndaşlar isə bu gecikmələrin poçt mərkəzlərində olan növbələrin çoxluğu ilə bağlı olduğunu qeyd edir.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, polis əməkdaşları heç bir halda dövlət tərəfindən onlara verilən müavinəti almağa gedən şəxsləri cərimələməyib:

“Əgər vətəndaş həqiqətəndə müavinət almaq üçün yaşadığı yeri tərk edibsə, SMS vasitəsilə ona verilən icazə müddəti bitibsə və əlində müavinətini götürdüyünə dair elektron və ya digər təsdiqedici sənəd varsa, o şəxslərə heç bir halda pul cəriməsi tətbiq edilmir. Onlara sadəcə xəbərdarlıq edilir və yaşadıqları yerə geri qayıtmaları bildirilir.

Lakin son vaxtlar vətəndaşlar arasında evdən çıxmaq üçün bu məqamdan sui-istifadə etməklə karantin qaydalarını pozmağa çalışan şəxslər var. Bu səbəbdən məsələ polis əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq, sui-istifadə hallarına yol verən şəxslər barəsində müvafiq tətbirlər görülür.

Karantin rejimini pozan şəxslərlə bağlı sosial şəbəkələrdə də kifayət qədər videogörüntülər, məlumatlar paylaşılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilir.

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə aprelin 9-dan başlanılıb və bu günə qədər 165 min işsiz şəxsə birdəfəlik ödəmə verilib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri