31 Oktyabr 2020 20:46

Ermənistan Ağdamı özünün təhlükəsizlik zonası elan etdi: – “Azərbaycana heç bir güzəşt olmayacaq”

Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir.

Turkustan.info Virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına cavab olaraq Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün A.M. Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakçıları ilə keçirilən “dəyirmi masa”da çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprelində Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu söyləyib. Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir.

“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”,-deyə Rusiya XİN başçısı vurğulamışdı.

“Rusiyalı həmkarım Sergey Lavrovun açıqlamasında çoxsaylı sənədlərə istinadlar var idi. Son iki ildə müzakirə olunan sənəd haqqında da deyildi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə olub və onlar Ermənistan tərəfi üçün qəbuledilməz olub”,- Mnatsakanyan deyib.

Bununla yanaşı, Ermənistan Xarici İşlər naziri 2018-ci ildən bəri Qarabağ məsələsi ilə bağlı müzakirələrin tərəflərin müəyyən elementləri qiymətləndirməsi ətrafında məhdudlaşdırıldığını bildirib.

“Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalarımızdan bəhs edirik. Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan- Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Qubadlı və Laçından gedir – virtualaz.org) hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz”, – deyə Z.Mnatsakanyan vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur.

“Öz müqəddəratını təyinetmə prinsipinin ifadəsi, statusun dəqiqləşdirilməsini, məhdudsuz iradə azadlığının təmin edilməsini nəzərdə tutur. Sülh tənzimlənməsi qarşılıqlı güzəştlər əsasında mümkündür. Ermənistan tərəfindən heç vaxt birtərəfli güzəştlər olmayacaq, xüsusən də indi-təhlükəsizlik təhdidinin hələ də real olduğu bir vaxtda. Qarşılıqlı güzəştlər mütənasib olmalıdır, burada təhlükəsizlik və status elementlərinin tam əksini görürük. Bu bizim mövqeyimizdir və belədir. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz. Lavrov öz mövqeyini təqdim etdi, mən də öz mövqeyimi”,-deyə Ermənistan XİN rəhbəri bəyan edib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri