31 Oktyabr 2020 20:20

Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”

Dünyanı cənginə alan koronavirus pandemiyası Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində də geniş yayılıb. Artıq Qarabağda virusa yoluxanların sayı 10-a çatıb.

Amma qeyri-rəsmi məlumatlarda yoluxanların daha çox olduğu bildirilir. Koronavirus pandemiyası təhlükəsi 6 ilə yaxındır Qarabağda erməni əsirliyində saxlanılan girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatını da risk altında qoyub.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Cebhe.info-ya açıqlamasında virusun genişləndiyi ərazidə yaşlı və xəstə atasının durumundan çox narahat olduğunu deyib.

O bildirib ki, Azərbaycan koronavirusa görə sərhədləri bağladığından Qırmızı Xaç Komitəsi girovlara baş çəkə bilmir:

“Belə davam edərsə, biz onları itirə bilərik. Atam və dostu Şahbaz Quliyev 6 ildir ki, erməni əsirliyində davamlı işgəncələrə məruz qalırlar. Hər ikisinin səhhətində ciddi problemlər var və artıq qocalıblar. Dünyanı bürüyən koronavirus pandemiyası onlara da toxuna bilər. Nəzərə alsaq ki, bu gün Ermənistan ordusunda koronavirus geniş yayılıb və girovlarımız lazımi həkim müayinəsindən keçirilmir, o zaman atamın və Şahbaz Quliyevin həyatları risk altındadır. Nəinki dünyada, Azərbaycanda da yaşlı, xəstə insanlar virusla əlaqədar azadlığa buraxılır. Nəyə görə atam hələ də qanunsuz olaraq girovluqda saxlanılır?”.

Kürdoğlu Əsgərovun sözlərinə görə, atasından sonuncu dəfə fevral ayının əvvəlində məktub alıb:

“O gündən indiyədək əfsuslar olsun ki, heç bir məlumatımız yoxdur. Virusla əlaqədar Qırmızı Xaç Komitəsi atama və Şahbaz Quliyevə baş çəkə bilməyib. Bu da bizi həddindən artıq narahat edir”.

Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova Cebhe.info-ya bildirib ki, onda yeni bir məlumat yoxdur:

“Hazırda bu barədə məndə məlumat yoxdur. Hər hansı məlumat alsam sizə informasiya verəcəm”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, hər iki girov Qarabağda erməni əsirliyində saxlanılır.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri